Qadın voleybolçulardan ibarət Macarıstan millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb
Qadın voleybolçulardan ibarət Macarıstan millisinin Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Heyətə 13 voleybolçu daxil edilib.
Sentyabrın 20-də Bakıya gələcək Macarıstan millisinin heyətində toppaylayıcılar - Reka Bleyçer, Jujanna Talas, liberolar - Renata Şpin, Fruşina Tot, blokçular - Edina Dobi, Eçter Naqi, Viktoriya Naqi, hücumçular - Bernadett Dekani, Rita Liliom, Nikolett Sus, Qreta Szakmari, Kata Török və Lilla Villam yer alır.

Qeyd edək ki, Macarıstan millisi sentyabrın 22-də start götürəcək Avropa çempionatında Azərbaycan, Almaniya və Polşa ilə birgə “A” qrupunda yer alır.

Xəbər 1052 dəfə oxundu.