Qadın voleybolçulardan ibarət Macarıstan millisinin Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.
Heyətə 13 voleybolçu daxil edilib.
Sentyabrın 20-də Bakıya gələcək Macarıstan millisinin heyətində toppaylayıcılar - Reka Bleyçer, Jujanna Talas, liberolar - Renata Şpin, Fruşina Tot, blokçular - Edina Dobi, Eçter Naqi, Viktoriya Naqi, hücumçular - Bernadett Dekani, Rita Liliom, Nikolett Sus, Qreta Szakmari, Kata Török və Lilla Villam yer alır.
Qeyd edək ki, Macarıstan millisi sentyabrın 22-də start götürəcək Avropa çempionatında Azərbaycan, Almaniya və Polşa ilə birgə “A” qrupunda yer alır.
|