Azərbaycanın dörd şahmatçısı Türkiyədə turnirə uğurla başlayıb
Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq şahmat turnirində 49 şahmatçı, o cümlədən 11 qrossmeyster iştirak edir.

Azərbaycanı turnirdə Zaur Məmmədov, Ülvi Bacarani, FIDE ustası Orxan Eminov, habelə Ramil Cavadov təmsil edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

İki turdan sonra Ülvi Bacaraninin aktivində 2 xal, Zaur Məmmədovda 1,2, Orxan Eminov və Ramil Cavadovun hər birinin aktivində 1 xal var.

Xəbər 595 dəfə oxundu.