Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq şahmat turnirində 49 şahmatçı, o cümlədən 11 qrossmeyster iştirak edir.
Azərbaycanı turnirdə Zaur Məmmədov, Ülvi Bacarani, FIDE ustası Orxan Eminov, habelə Ramil Cavadov təmsil edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.
İki turdan sonra Ülvi Bacaraninin aktivində 2 xal, Zaur Məmmədovda 1,2, Orxan Eminov və Ramil Cavadovun hər birinin aktivində 1 xal var.
|