Bartra Messinin komanda daxilində diktatorluq etməsilə bağlı yayılan xəbərə münasibət bildirib | |
“Barselona”nın müdafiəçisi Mark Bartra Lionel Messinin komanda daxilində diktatorluq etməsilə bağlı yayılan xəbərə münasibət bildirib. Bartra bu xəbərin əsassız olduğunu bildirib. O, Messi ilə bir komandada oynamaqdan qürur duyduğunu bildirib: “Yox, Messi diktator deyil. Düşünürəm ki, onun liderliyi dünyanın ən yaxşı futbolçusu olması ilə bağlıdı. Bu da o deməkdi ki, Leonun komandada çəkisi var. Onun liderlik keyfiyyətləri özünü biruzə verəndə, biz uğura nail olduq. Çox şadıq ki, o, “Barselona”da oynayır. Messi komandanın uğurlarında hədsiz paya sahibdi”. |
|
Xəbər 786 dəfə oxundu. |
|
|