“Barselona”nın müdafiəçisi Mark Bartra Lionel Messinin komanda daxilində diktatorluq etməsilə bağlı yayılan xəbərə münasibət bildirib.
Bartra bu xəbərin əsassız olduğunu bildirib. O, Messi ilə bir komandada oynamaqdan qürur duyduğunu bildirib:
“Yox, Messi diktator deyil. Düşünürəm ki, onun liderliyi dünyanın ən yaxşı futbolçusu olması ilə bağlıdı. Bu da o deməkdi ki, Leonun komandada çəkisi var.
Onun liderlik keyfiyyətləri özünü biruzə verəndə, biz uğura nail olduq. Çox şadıq ki, o, “Barselona”da oynayır. Messi komandanın uğurlarında hədsiz paya sahibdi”.
|