Atçılıq idmanının konkur növü üzrə CSI4* kateqoriyalı beynəlxalq turnir keçiriləcək
Azərbaycan Respublikası Atçılıq Federasiyasının və “Amapola Exclusive Events” şirkətinin təşkilatçılığı ilə mayın 7-9-da Bakının Binə qəsəbəsindəki “Elite Horse and Polo Club” atçılıq klubunun açıq manejində atçılığın konkur növü üzrə CSI4* kateqoriyalı beynəlxalq turnir keçiriləcək.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Almaniya, Lüksemburq, İran və s. ölkələrdən ümumilikdə 25-ə yaxın idmançı 65 atla mübarizə aparacaq.

Turnirə Azərbaycan, Türkiyə, Macarıstan, Rusiya, İran və Almaniyadan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək.

Yarışın ümumi mükafat fondu 203,5 min avrodur.

Xəbər 924 dəfə oxundu.