Azərbaycan Respublikası Atçılıq Federasiyasının və “Amapola Exclusive Events” şirkətinin təşkilatçılığı ilə mayın 7-9-da Bakının Binə qəsəbəsindəki “Elite Horse and Polo Club” atçılıq klubunun açıq manejində atçılığın konkur növü üzrə CSI4* kateqoriyalı beynəlxalq turnir keçiriləcək.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq turnirdə Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Almaniya, Lüksemburq, İran və s. ölkələrdən ümumilikdə 25-ə yaxın idmançı 65 atla mübarizə aparacaq.
Turnirə Azərbaycan, Türkiyə, Macarıstan, Rusiya, İran və Almaniyadan dəvət olunacaq hakimlər kollegiyası nəzarət edəcək.
Yarışın ümumi mükafat fondu 203,5 min avrodur.
|