Bakıda yeniyetmələr arasında boks üzrə beynəlxalq turnir davam edir
Şağan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yeniyetmələr arasında boks üzrə beynəlxalq turnir davam edir.

Aprelin 28-də 52, 54, 57, 63, 66, 70, 75, 80 və 80 kiloqramdan yuxarı çəki dərəcələrində idmançılar rinqə çıxıblar.

On iki boksçumuzdan beşi – Polad Hüseynov, Niyaməddin Allahverdiyev (hər ikisi 52 kq), Orxan Həsənov (54 kq), Elton Məmmədov (57 kq) və Kənan İsmayılzadə (75 kq) keçirdikləri görüşlərdə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.

Xəbər 880 dəfə oxundu.