Şağan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yeniyetmələr arasında boks üzrə beynəlxalq turnir davam edir.
Aprelin 28-də 52, 54, 57, 63, 66, 70, 75, 80 və 80 kiloqramdan yuxarı çəki dərəcələrində idmançılar rinqə çıxıblar.
On iki boksçumuzdan beşi – Polad Hüseynov, Niyaməddin Allahverdiyev (hər ikisi 52 kq), Orxan Həsənov (54 kq), Elton Məmmədov (57 kq) və Kənan İsmayılzadə (75 kq) keçirdikləri görüşlərdə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.
|