Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
27/04 | 20:01 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
27/04 | 20:00 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27/04 | 18:29 Prezident Kuboku: Azərbaycan taekvondoçuları daha 1 medal qazanıb
27/04 | 15:55 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
27/04 | 11:51 Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar
26/04 | 22:39 Güləş üzrə U-17 Azərbaycan çempionatına yekun vurulub
26/04 | 20:17 Azərbaycan cüdoçusu Avropa çempionu olub
26/04 | 16:25 Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşib
26/04 | 13:22 Kişi şahmatçılar arasında Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib
26/04 | 12:28 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
25/04 | 23:37 Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub
25/04 | 22:15 Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
25/04 | 22:14 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
25/04 | 20:13 Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25/04 | 20:10 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
25/04 | 15:59 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
25/04 | 12:05 “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycanı 80-dək idmançı təmsil edəcək
25/04 | 11:44 "Şamaxı" rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib
25/04 | 09:51 Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İşlərimiz uğurlu olubsa, bu, bizim komanda şəklində, bərabər çalışmağımız nəticəsində mümkün olub - Fərid Qayıbov (MÜSAHİBƏ)
Tarix: 07.09.2022 | Saat: 06:45:00 | E-mail | Çapa göndər
- Bu gün sizin nazir təyin olunmağınızdan bir il ötür. Ötən bir ili necə qiymətləndirmək olar? Qarşıya qoyulan vəzifələrin icrası mümkün oldumu?

- Bu bir il mənim üçün çox dinamik, tez keçdi və bir il ərzində müxtəlif layihələr üzərində çalışdıq. İşə idmanda mövcud şəraiti araşdırmaqla, strategiya müəyyənləşdirməklə başladıq. Bu işdə idman federasiyaları bizə çox köməklik göstərdilər. Biz mütəmadi olaraq federasiyalarla görüşlər keçiririk və çalışırıq ki, idmanla bağlı verdiyimiz qərarları onlarla məsləhətləşək, çünki idman siyasətinin müəyyənləşdirilib tətbiq edilməsində federasiyalar və klublar aktiv çalışırlar. Bilirsiniz ki, federasiyalarda da çox dəyişiklik oldu, bir çox olimpiya idman növü üzrə olan federasiyalarda rəhbərliklər dəyişildi. Cənab Prezident İlham Əliyev bu dəyişikliklərə yüksək qiymət verdi və bundan sonra da çalışmaq lazım olduğunu qeyd etdi.

Elə layihələr var ki, artıq reallaşdıra bilmişik, elə layihələr isə var ki, bir az vaxt tələb edir, planlarımız var. Amma bu bir il ərzində mən də çox şey öyrəndim. Regionlarda olduq, orada gənclərlə görüşdük, gənclər təşkilatları ilə tanışlıqlarımız oldu. Ümumiyyətlə, düşünürəm ki, yaxşı, aktiv bir il oldu. İşlərimiz uğurlu olubsa, bu, bizim komanda şəklində, bərabər çalışmağımız nəticəsində mümkün olub. Çünki təkcə Gənclər və İdman Nazirliyi bu işləri görə bilməz və mən həm federasiyalara, həm gənclər təşkilatlarına, bizimlə bərabər çalışan bütün qurumlara təşəkkür etmək istəyirəm.

- Prezident İlham Əliyev idmançılara daim diqqətlə yanaşıb. Bunun nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda öz sözlərini deyiblər, medallar qazanıblar. Qardaş Türkiyədə keçirilən İslam Həmrəyliyi oyunlarında idmançılarımız böyük nailiyyət əldə etdi. Bu haqda sizin fikirlərinizi bilmək istərdik.

- Bu il Milli Olimpiya Komitəsinin 30 yaşı tamam olur və son 25 ildə Milli Olimpiya Komitəsinə cənab Prezident başçılıq edir. Bu illər ərzində təkcə Bakıda deyil, bütün regionlarımızda olimpiya kompleksləri, idman qurğuları tikilib və bir çox idman növləri inkişaf edib. Son illər ərzində İlk Avropa Oyunları məhz Bakıda keçirildi, Azərbaycan İslam Həmrəyliyi Oyunları, müxtəlif Avropa çempionatları, dünya çempionatlarına ev sahibliyi edib. Təbii ki, bu, idmanın inkişafıdır. Son İslam Həmrəyliyi Oyunlarında 24 idman növünün 22-də təmsil olunmağımız, ümumiyyətlə, 54 ölkə arasında ən böyük nümayəndə heyəti olmağımız o deməkdir ki, Azərbaycanda idman inkişaf edir.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən idmançılarımıza olan qayğı onlar üçün çox böyük bir stimuldur. Ölkə rəhbərliyinin İslam Oyunlarından əvvəl Atletlər kəndinə gəlməsi, oyunlardan sonra idmançıları qəbul etməsi idmançılarımız üçün böyük ruh yüksəkliyidir. Ümumiyyətlə, bu il ərzində cənab Prezident İlham Əliyev bir neçə dəfə müxtəlif idman sahələrindən olan idmançılarımızı qəbul edib.

Bilirsiniz ki, dünya çempionatları başlayacaq və düşünürəm ki, idmançılarımız həmişəki kimi dövlətimizi layiqincə təmsil edəcəklər. Məşqlər üçün hər cür şərait yaradılıb.

- Nəticələr baxımından beynəlxalq yarışlardan hansı gözləntiləriniz var?

- Bəzi idman növlərindən uğurlu nəticələr gözləyirik. Bilirsiniz, biz güləş idman növü üzrə hər zaman medallar gözləyirik, amma elə idman növləri var ki, bizim onlarda finala çıxmağımız artıq bir nailiyyətdir.

Olimpiya oyunlarına artıq iki il qalıb və olimpiya oyunlarına lisenziya əldə etmək üçün müxtəlif yarışlar, o cümlədən dünya çempionatları keçirilir. Hər bir federasiyamız çalışır ki, maksimal sayda lisenziya əldə etsin.

- Siz qeyd etdiniz ki, federasiyalarda bu bir il ərzində xeyli dəyişiliklər oldu. Hansısa bir federasiya varmı ki, o sahədə də dəyişikliklər olsun?

- Azərbaycanda federasiyaların sayı çoxdur. Onlar hamısı ictimai birliklərdir və vaxtı çatanda onlar öz seçkilərini keçirirlər. Adətən federasiyalarda seçkilər olimpiya yarışları bitdikdən sonra olur. Bəzi federasiyalarda gecikmələr oldu. Bu, pandemiya ilə əlaqədar idi. Bəzi federasiyalar əsasnamələrini dəyişdilər.

- Bölgələrdə idmanın inkişafı ilə bağlı hansı işlər görülür? Bizim bütün rayonlarımızda, demək olar ki, olimpiya mərkəzləri, idman kompleksləri fəaliyyət göstərir. Lakin bəzi rayonlarda müəyyən qədər fəaliyyətsizlik də var. Bölgələrdə idmanın inkişafını daha da irəli aparmaq üçün hansı işləri planlaşdırırsınız?

- Olimpiya komplekslərinin sayı çoxdur və orada bir neçə idman növləri inkşaf etdirilir. Bəzi komplekslərdə biz yeni idman növlərini inkişaf etdirmək istəyirik. Bunun üçün mütəxəssislər lazımdır və mütəxəssisləri hazırlaşdırmağa çalışacağıq. Bunun üçün də bizə federasiyaların köməyi lazımdır. Qeyd etdiyim kimi, yalnız nazirlik bu işi görə bilməz. Biz federasiyalarla mütəmadi olaraq görüşlər keçiririk və istiqamətlər müəyyənləşdiririk. Ümumiyyətlə, bütün məsələlər üzrə bərabər qərarlar verməyə çalışırıq. Bir çox federasiyalarda regionlar üzrə şöbələr yardılıb. Bölgələrdə mütəxəssislərin inkişafı üçün bölgələrarası yarışların keçirilməsinə çalışırlar.

- Şübhəsiz ki, ölkəmizdə gənclər siyasəti yüksək səviyyədə həyata keçirilir. Gənclərin inkişafı, vətənpərvər milli-mənəvi dəyərələrə sadiq formada yetişdirilməsi ilə bağlı bütün məslələrə ölkə rəhbərliyi tərəfindən ciddi önəm verilir. Böyük zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan gənclərinin necə vətənpərvər, qəhrəman olduğunun şahidi olduq. Bu gün də bu siyasət uğurla davam etdirilir. Nazirliyin gənclər sahəsindəki siyasəti necə qurulub və bundan sonra gənclərlə iş məsələlərini necə görmək istəyirsiniz?

- Ölkəmizin müxətlif rayon və şəhərlərində Gənclər Evi var. Orada müəyyən işlər qurulub. Gənclərlə iş elə bir sahədir ki, daim dinamikdir və müasirliyə doğru getmək lazımdır. Lakin eyni zamanda da adət-ənənlərimizi unutmamaq lazımdır. Buna görə biz Gənclər Evində işlərə yenidən baxırıq. Çalışırq ki, gənclərə maraqlı olan sahələrə daha çox üstünlük verək. Gənclərlə tez-tez görüşməyə çalışırq. Müxtəlif layihələrimiz də mövcuddur. İlk dəfə nazirlik tərəfindən gənclər üçün yay düşərgələri keçirdik. Bu düşərgələr müxtəlif regionlarda keçirildi. Çalışacağıq ki, qış fəslində də bu cür düşərgələri davam etdirək.

- Bundan sonra hədəfləriniz nələrdir? Qarşıda hansı layihələrin reallaşdırılması planlaşdırılır?

- Bizim kütləviliyə yönəlmiş layihələrimiz var. Biz həftənin bazar günləri kütləvi yerlərdə bu layihələri həyata keçirməklə insanları idmana dəvət edirik. Müxtəlif qaçışlar, üzgüçülük yarışları təşkil olunur. Bu yarışlar Bakı ilə yanaşı, digər şəhərlərdə də keçirilir. Gələcəklə bağlı planlarımız da mövcuddur.

Trend.az
Xəbər 368 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
21.10.2022 Fərid Qayıbov: Suqovuşanda növbəti idman bayramı keçirilir
07.01.2021 Azərbaycan əsilli amerikalı xokkeyçi: “MHL-də oynamaq mənim arzumdur” - MÜSAHİBƏ
24.08.2020 Ayxan Abbasov: “Sumqayıt” əsl peşəkar futbolçuları Azərbaycan futboluna bəxş edəcək”
16.04.2020 "Əminəm ki, superblits turnirində şahmatçılarımız öz potensiallarından maksimum istifadə edəcəklər"
03.04.2020 "Şahmatçılara tövsiyəm budur ki, ciddi surətdə hazırlığı davam etdirsinlər"
02.04.2020 Sambo üzrə yığma komandanın baş məşqçisi: İdmançıların çəkilərinə, məşqlərinə nəzarət olunur
31.03.2020 Aydın Süleymanlı: Dünyanın bir nömrəli şahmatçısı olmaq istəyirəm
29.03.2020 Əli Fərəcov: Jurnalist fəaliyyətimin 25 ili “İdman” qəzeti ilə bağlıdır
05.10.2018 Cari ilin doqquz ayı ərzində “Təhsil” İdman Mərkəzinin 2 saylı RİOEUGİM yetirmələri 262 medal qazanıblar
27.10.2017 Ağacan Abiyev: “Pis oxusam məni boksa qoymayacaqdılar”


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru