Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
09/04 | 23:16 Şahmatçımıza filippindən dəvət gəlib
09/04 | 22:26 Rauf Məmmədov ikinci onlayn seansı da başa vurdu
09/04 | 20:41 Stend atıcılığı üzrə dünya çempionatı təxirə salınıb
09/04 | 20:00 Azərbaycan voleybolçusu Marqarita Əzizova karantindən evə buraxılıb
09/04 | 19:53 Ross Braun: Formula 1 mövsümünün Avropada başlaması daha münasibdir
09/04 | 19:29 AMADA Beynəlxalq Təmiz İdman Gününə həsr olunmuş kampaniyaya başlayıb
09/04 | 18:47 "2020-ci ilin Formula 1 mövsümü cari təqvim ili ərzində keçiriləcək"
09/04 | 17:00 Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində mövqeyini qoruyub
09/04 | 16:51 AİJF idman mediası üçün Hökumətə müraciət etdi
09/04 | 16:02 UEFA Avropa çempionatının təqvimini müzakirə edəcək
09/04 | 15:16 Uşaq paralimpiyaçılara dəstək üçün “Valideyn klubu” yaradıldı
09/04 | 14:34 Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə dünya kuboku yarışları ləğv olunub
09/04 | 13:24 Beynəlxalq şahmat yarışları bir il müddətinə təxirə salına bilər
09/04 | 09:05 “Karantin vəziyyəti idmançılar üçün daha çətindir”
09/04 | 08:16 “MotoGP” üzrə İtaliya və Kataloniya Qran-Priləri təxirə salınıb
08/04 | 21:07 Rauf Məmmədovun ilk onlayn seansı başa çatdı
08/04 | 16:42 Kişi voleybolçulardan ibarət millimiz reytinq cədvəlində mövqeyini qoruyub
08/04 | 16:04 Nüfuz və milyardların itirilməsi
08/04 | 15:51 Yaponiyada Olimpiya alovunun açıq nümayişi koronavirusa görə dayandırılıacaq
08/04 | 15:11 Tokio Olimpiya Oyunları üçün təsnifat dövrü 2021-ci il iyunun 29-da başa çatacaq
08/04 | 14:09 Stend və güllə atıcılığı üzrə Dünya Kuboku ləğv olunub
08/04 | 11:37 İdman dünyasının koronavirus STATİSTİKAsı
08/04 | 07:01 Formula 1 Kanada Qran-prisi təxirə salınıb
07/04 | 21:33 İspaniya Tennis Federasiyası yay turniri keçirməyi planlaşdırır
07/04 | 17:41 “Tokio-2020” Yay Olimpiya Oyunlarının olimpiya məşəli sərgidən çıxarılır
07/04 | 15:05 İki sərbəst güləşçimiz Olimpiya reytinq siyahısında ilk onluqda qərarlaşıb
07/04 | 13:29 Formula 1 Azərbaycan Qran-Prisi oktyabrda keçirilə bilər
07/04 | 12:09 Formula 1 mövsümü tamaşaçısız başlaya bilər
07/04 | 11:44 Sürətli şahmat üzrə onlayn respublika birinciliyinin qalibləri müəyyənləşib
07/04 | 10:02 “Williams” və “Racing Point” komandaları müvəqqəti olaraq fəaliyyətini dayandırıb
06/04 | 17:28 İdman mövzulu əsginaslar
06/04 | 15:10 Qadın voleybolçulardan ibarət Azərbaycan millisi reytinq cədvəlində irəliləyib
06/04 | 14:55 UFC: Həbib Nurməhəmmədov UFC 249 turnirində iştirak etməyəcək
06/04 | 14:18 BŞGİBİ "İdea" şahmat klubu ilə birgə onlayn turnir keçirəcək
06/04 | 13:05 Rusiya Formula 1 Qran-Prisinə hazırlaşır
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Ağacan Abiyev: “Pis oxusam məni boksa qoymayacaqdılar”
Tarix: 27.10.2017 | Saat: 22:00:00 | E-mail | Çapa göndər
“Atam həmisə deyərdi ki, nə qədər mən sağam oxuyun”

Ağacan Abiyev Azərbaycan idmanında özünəməxsus yeri olan, peşəkar mütəxəssis kimi uzun illər bu sahədə böyük xidmətləri olmuş bir ziyalıdır. Demək olar ki, ömrünün böyük hissəsi rinqdə və rinq ətrafında keçib. Təkcə idmançılar ordusunun deyil, həm də idman mütəxəssislərinin yetişməsində Ağacan Abiyevin böyük əməyi olub. Millət vəkili, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, Milli Olimpiya Akademiyasının direktoru Ağacan Abiyevlə söhbətə elə onun idmana gəlişindən başladıq...

- Bir cox hallarda valideynlər oxumayan usaqlarını idmana yönləndirir ki, ən azından bir işlə məsğul olsunlar. Bəs Ağacan Abiyevin idmana olan sevgisi necə yaranıb?

- Əvvəlcədən onu deyim ki, mən cox yaxşı oxuyurdum. Lenin təqaüdçüsü olmuşam. Ona görə də məni Moskvaya aspiranturaya göndərdilər. Məktəbdə də çox yaxsı oxumuşam. Elə boksla məşgul olmağa başladığım gündən təhsilimdə də irəliləyiş başlayıb. Hər iki valideynim işləyirdilər. Anam bağçada, atam neft mədənində buruq ustası işləyirdi. Atam həmisə deyərdi ki, nə qədər mən sağam oxuyun. Əvvəlcə böyük qardaşım Eyvazəli boksla məşğul olmağa başladı. Bir gün ona dedim ki, məni də məşqə apar. Onda 8-ci sinifdə oxuyurdum. Qardaşım məni apardi. Məşqçi rus idi, mənə baxıb, dedi bu çox arıqdı. Mən də dedim ki, məşq eləyəcəm, qaçacam və yaxsı olacam. Bu sözümdən sonra məni götürdülər. 1953-cü ilin oktyabr ayından başladım boksla məşğul olmağa. Atam qardaşıma dedi ki, özün hər gün evə gözün-qaşın partlamış, burnun qanlı vəziyyətdə gəlisən, bəs deyildi, bunu da apardın ora? Sonra üzünü mənə tutub sərt formada dedi ki, dərslərini yaxşı oxumasan səni boksdan çıxardacağam. Pis oxusam məni boksa qoymayacaqdılar – deyə, daha da yaxşı oxumağa başladım. Qardaşım Əsgərə minnətdaram ki, məndən bir sinif yuxarı oxuduğu üçün təhsilimə, yaxşı oxumağıma çox böyük köməyi dəyirdi. Boks mənə mane olmurdu. Axsamlar gedib iki saat məşq edirdim, qalan vaxtlarımda da oxuyurdum. Fikrimcə, yaxşı oxumaq üçün idmanla məşğul olmaq mütləq lazımdir. İdman insanı nizamlayır, yaxsı idmancının nizam-intizamı olmalıdır. İdmanla məşğul olan insanlar istər-istəməz fiziki olaraq təhsili, biliyi yaxsı qavrayırlar. İdman və elm bir birini tamamlayır.

- Boksa olan sevgi Sizi məktəbli-boksçudan federasiya prezidentliyinədək yüksəltdi...

- 1967-ci ildə Bakıdan Moskvaya aspiranturada oxumağa getdim. 1983-cü ildən başlayaraq, beynəlxalq dərəcəli hakim idim. Sovet və Amerika boksçuları komanda şəklində qarşılaşırdı. Mən orda hakimlik edirdim.
1983-cü ildə Bakıya qayıdandan sonra federasiyanın keçmiş prezidenti mənə dedi madam ki, qayıtmısan gəl, boksa sən rəhbərlik et. Sən bu idman növünü məndən yaxşı bilirsən. İclas təşkil edib, 1983-cü ilin sonunda məni boks federasiyasının prezidenti seçdilər. İlk gündən başladım fəaliyyətə. Rayon klublarının rəhbərlərini dəvət elədim, Bakıdakı idman cəmiyyətləri ilə söhbət aparıb fəaliyyəti genişləndirdim.
Sonrakı illərdə qonsu ölkələrlə birgə təlim-məşq və yarışların təşkilinə başladıq. Dünya cempionatına hazırlaşanda Türkiyə boksçularını dəvət etdik Bakıya. Zuğulbada, Gənclik beynəlxalq turizm mərkəzində 20 günlük birgə təlim məşqimiz oldu. Nəticədə, Rövşən Hüseynov ilk dəfə Avropa cempionu oldu. Xüsusən də, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə boksun inkişafında xüsusi təkan oldu. Bu inkişafda xalqımızın ulu öndəri, idmanımızın böyük himayədarı olmuş Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə hər il ənənəvi olaraq Ə.Çoudrinin şərəfinə təşkil edilən beynəlxalq boks turnirinin böyük faydası olub.
Məhz bu inkişafa görə, sonralar məni AİBA İcrayə Komitəsinin üzvü, Avropa Boks Federasiyası hakimlər komitəsinin sədri seçdilər.

- İdman ictimaiyyətimizin tanınmış simalarından biri olmaqla yanaşı, həm də fəal millət vəkili kimi tanınırsınız. Ağacan Abiyev üçün idmanla siyasət hansı nöqtədə qovuşur?

- 1896-cı ildə Beynəxalq Olimpiya Komitəsi yaranandan əsas məqsəd olmpiya hərəkati vasitəsilə millətlərin bir-biri ilə göruşməsinə, dostlaşmasına şərait yaratmaq olub. Olimpiya Hərəkatının banisi Pyer de Kubertenin sözləri ilə desək – “ey idman sən sulhsən!”. İkincisi, idmanı gənclər arasında yaymaq da əsas məqsədlərdən idi. O, istəyirdi ki, gənclər sağlam və ideal vücuda malik olsunlar, yəni qozbel olmasinlar. Bunlar Kubertenin arzuları idi. O zamanlar, 19 əsrin sonlarında Olimpiya Hərəkatının banisi arzulayırdı ki, fransız gəncləri xoşbəxt və saglam olsunlar. Amma heç ağlına da gəlməzdi ki, vaxt gələcək onun ideyalarının reallaşması sayəsində bütün dünya gəncliyi bu yolla sağlam və xoşbəxt böyüyəcək. Çünki idmanla, adi bədən tərbiyəsi ilə məşğul olanlar özlərini sağlam hiss edirlər. Sağlam olmayan insan isə özünü xoşbəxt hiss edə biməz. İdmanla siyasətə gəlincə isə, biz “ey idman sən sülhsən!” deyiriksə, bu elə siyasətin başlıca məqsədi deyilmi? Dünyada xalqlar arasında sülhü yaymaq, bu həm idmanın məramıdır, həm də siyasətin məqsədi. Doğurdan da qədim yunanların dünyaya miras qoyduqları ən gözəl şeylərdən biri elə olimpiya oyunlarıdır. Olimpiadalar insanın özünün bəşəriyyətə dəyər verməyinin ən böyük və ən gözəl vasitəsidir. Bir sözlə, idman həm fiziki, həm də mənəvi cəhətdən varlığımızın mənbəyidir. Bu varlıqda Azərbaycanın da özünəməxsus yeri və payı var. Biz idman vasitəsilə sülh ideyalarımızı bütün xalqlara catdira bilirik. Təkcə Avropa oyunları kimi möhtəşəm tədbirimizlə Bakıdan bütün dünyaya Aəzrbaycan standartlarını çatdırdıq. İnsanları bir-birinə yaxınlaşdırmaq, dost etmək – bax budur idman.

- Bu yaxınlarda Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illik yubileyi qeyd edildi. Siz bu 25 ilin canli şahidi olmaqla bərabər, həm də bu hərəkatın ən fəal numayəndələrindən biri olaraq, ötən dövrü necə xarakterizə edərdiniz?

- Bəli 1992-ci ildə bizim Milli Olimpiya Komitəmiz yaranib. Yeni yarananda olimpiya hərəkatı bizdə aktiv inkisaf yolu seçə bilmədi. Klublar arasında birlik yox idi. İdmançılarımızın bir coxu Azərbaycandan çıxıb getmişdilər. SSRİ dağılandan sonra yaxsı idmançılarımız xarici ölkələrə - Rusiya, Türkiyə və Avropaya çıxıb getmişdilər. 1992-ci ildən 1997-ci ilə qədər olimpiya hərəkatı özünü doğrulda bilmirdi. 1996-cı ildə olimpiya oyunlarında istirak etdik. Ulu öndərimiz bizə dedi ki, orada iştirakınız və müstəqil Azərbaycanı tanıtmağınız vacibdir. Atlantada güləşçimiz Namiq Abdullayevin gümüş medalı ilə döndük. Ulu öndərimiz Namiqin “gümüş”ünün “qızıl”a bərabər olduğunu dedi.
1997-ci ildə cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra bu sahədə köklü dəyişikliklər və inkişaf başlandı. Bu sahəyə baxış tamamilə dəyişdi və olimpiya hərəkatında çox sürətli dönüş yarandı. Bakıdan getmiş güclü idmançılarımız geri qayıtdı və onların sosial-məişət problemləri qısa zamanda həll olundu. 2000-ci ildə idmançılarımız artıq olimpiya oyunlarında sıçrayış etdilər və ölkəmizi bu vaxtadək tanımayanlar xəritədə Azərbaycanı axtarmağa, ölkəmizlə maraqlanmağa başladılıar. Heç tanınmayan bir komandanın 3 medal qazanaraq, 204 ölkə arasında yüksəlib 34-cü yeri tutmağı çox böyük irəliləyiş idi. Hələ sonrakı uğurları demirəm və bizim son olimpiya oyunlarında 18 medal qazanmağımız, idmançılarla medalların say nisbətinə görə dünyada birinci olmaq Azərbaycanda 25 illiyini qeyd etdiyimiz Olimpiya Hərəkatımızın, Azərbaycan Milli Olimpiya Komitəsinin böyük uğurudur. Bütün bu uğurlar isə dövlətimizin başçısı İlham Əliyevin MOK prezidenti olaraq uzaqgörən siyasətinin və yorulmaz fəaliyyətinin nəticəsidir.

- Yarışlarda idmançılarımızın çıxışlarına yarış zallarında azarkeşlik etməyə vaxt tapa bilirsiniz?

- Sösüz ki, tapıram. Elə boks yarışı ola bilməz ki, vaxt tapa bilməyim. Çox vaxt bokscularımızla xaricdəki yarışlara da gedirəm. Federasiyanın birinci vitse-prezidenti olaraq, boksçuların yarışlarına gedirəm və həmisə idmançılarımızla bir yerdə oluram.

- Bəzi idmançıların lüks həyat xəyalı ilə məşq etmələri və yaşamaları bəzən tənqidlə qarşılanır. Siz buna necə baxırsınız?

- Mən buna normal baxıram. Hər kəs daha yaxşı yaşamaq istəyir. O usaqların
– idmançıların çempion olub öz həyat tərzlərini yüksəltmək arzuları və bu motivasiya ilə gedib məşq etmələri yaxşı haldır. Təki yaxşı məşq etsinlər və böyük nəticələr qazanmaqla bayrağımızı yüksəldib, himnimizi səsləndirsinlər.

Söhbətləşdi: Xəyalə Şirinova
Fotoqraf: Asif Əliyev

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 2186 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
03.04.2020 "Şahmatçılara tövsiyəm budur ki, ciddi surətdə hazırlığı davam etdirsinlər"
02.04.2020 Sambo üzrə yığma komandanın baş məşqçisi: İdmançıların çəkilərinə, məşqlərinə nəzarət olunur
31.03.2020 Aydın Süleymanlı: Dünyanın bir nömrəli şahmatçısı olmaq istəyirəm
29.03.2020 Əli Fərəcov: Jurnalist fəaliyyətimin 25 ili “İdman” qəzeti ilə bağlıdır
05.10.2018 Cari ilin doqquz ayı ərzində “Təhsil” İdman Mərkəzinin 2 saylı RİOEUGİM yetirmələri 262 medal qazanıblar
24.08.2016 Ağacan Abiyev: Bir gümüş, bir bürünc medal komandamız üçün yaxşı göstəricidir MÜSAHİBƏ
20.08.2016 Cəbrayıl Həsənov: Ötən olimpiadanın acı xatirəsi mənə güc verdi
20.08.2016 Hacı Əliyev: Hiss edirdim ki, son anlarda lazım olan fəndi tətbiq edəcəyəm
20.08.2016 Lorenso Sotomayor: Yalnız qızıl medal düşünürəm
19.08.2016 Kamran Şahsuvarlı: Nəticəmdən razıyam - MÜSAHİBƏ


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Klublar qışa yenə Antalyada hazırlaşırlar
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
İdman mövzulu əsginaslar
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru