Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
10/05 | 08:56 "Böyük Dəbilqə": İlk gündə Azərbaycanın 7 cüdoçusu mübarizə aparacaq
09/05 | 21:24 Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
09/05 | 20:56 Azərbaycanın daha bir güləşçisi Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 19:34 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09/05 | 18:21 Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib
09/05 | 15:49 Gədəbəydə “Yaşıl marafon" keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Evdə qal, evdə məşq elə
Tarix: 02.04.2020 | Saat: 14:30:00 | E-mail | Çapa göndər
Koronavirus pandemiyası ilə bağlı Beynəlxalq Olimpiya Komitəsi və “Tokio-2020”nin Təşkilat Komitəsinin Tokio Yay Olimpiya Oyunlarının bir il müddətə təxirə salınması ilə bağlı birgə bəyanatından dərhal sonra, Dünya Güləş Birliyinin Prezidenti Nenad Laloviç beynəlxalq güləş ictimaiyyətinə müraciət edib. Müraciətdə deyilir: “BOK və “Tokio-2020”-nin Təşkilat Komitəsinin birgə bəyanatına əsaslanaraq, sizə bildirmək istəyirəm ki, Tokio Olimpiadası 2021-ci ilin yayından gec olmayan bir vaxta keçirilib. Bu qərar idmançıların, olimpiya oyunları iştirakçılarının, eləcə də bütünlüklə beynəlxalq birliyin sağlamlıq durumu nəzərə alınmaqla qəbul olunub. Oyunların təxirə salınması barədə bu qərar idmançılarımıza və oyunlara seçim dövrünün baş tutmayan turnirlərinə, hazırlıq prosesinə öz təsirini göstərəcək. Bütün federasiyalar və maraqlı tərəflər kimi, biz də BOK-un idman departamentindən kvaliftkasiyalar prosesi ilə bağlı daha ətraflı tövsiyələr gözləyirik və hər hansı bir yeni məlumatı mümkün qədər tez bir zamanda sizə çatdıracağıq.
Bu durğunluğun sizin hazırlığınıza təsir göstərəcəyini başa düşürəm. Xeyli qeyri-müəyyən məqamlar da var. Sağlamlığınız və təhlükəsizliyiniz bizim başlıca prioritetimiz olaraq qalır. Sizi hadisələrin axarında saxlamağa, hər bir yenilik barədə məlumatları sizə tez bir zamanda çatdırmağa söz verirəm. Yaxın günlərdə Dünya Güləş Birliyi telekonfrans vasitəsilə bir araya gələrək vəziyyətin qloballığını nəzərə almaqla DGB-nin 2020-ci ilin bundan sonrakı dövrü üçün fəaliyyəti barədə qərar qəbul edəcək”.


Yaranmış vəziyyət təkcə Olmipiya oyunlarına deyil, ilin bütün böyük turnirlərinə hazırlaşan idmançıları çətin vəziyyətə salıb. Məşq zalları, idman sarayları, yarış meydanları, stadionlar suyu sovrulmuş dəyirman kimi, səssiz- səmirsizdir. İdmançılar özünütəcrid şəraitində yaşamaq məcburiyyətindədirlər. Belə bir vəziyyətdə onlar ancaq idman formalarını saxlamağa çalışırlar. Bəs onlar bunu necə edirlər? Yəqin ki, hamı üçün maraqlı olan bu sualın cavabı idmançıların özlərindədir.

Sərbəst güləş üzrə üçqat Avropa çempionu, dünya çempionatının və Olimpiya oyunlarının bürünc mükafatçısı Cəbrayıl Həsənov azsport.az saytına müsahibəsində bunları deyib:

“Çox çətin bir durumdayıq. İdmançı üçün məşq rejimini itirmək, idman formasını itirmək deməkdir. Amma ev şəraitində maksimum imkanlardan istifadə etməyə çalışıram. Gün ərzində fiziki hazırlıq təmrinlərini yerinə yetirirəm, əlbəttə, səhər gimnastikası da öz yerində. Yaşadığım onaltımərtəbəli binanın pilləkanlarını gün ərzində bir-neçə dəfə sürətlə düşüb-qalxıram. Ən çətini çəki saxlamaqdır. Evdə adam daha tez-tez yemək istəyir. Nəfsi saxlamaq məcburiyyətindəsən. Evdə tərəzim var, müntəzəm olaraq çəkimə nəzarət edirəm. Nə etmək olar, insan üçün sağlamlıqdan qiymətli heç nə yoxdur. İnşallah bu çətin günləri də geridə qoyub, hamı kimi, biz idmançılar da öz iş-gücümüzə qayıdarıq. Əsas vəzifəmiz “Tokio-2020”yə lisenziya qazanmaqdır. Yaxşı ki, Oyunların vaxtını bir il təxirə saldılar. Başqa yolu yox idi. Köhnə təqvimə görə martın 19-21-də Budapeştdə lisenziya turniri keçirilməli idi. Bu koronavirus məsələsi olmasaydı belə, mən o turnirdə çıxış edə bilməyəcəkdim. Romada Avropa çempionatında aldığım zədələrin müalicəsi turnirə hazırlaşmağa imkan vermirdi. Müalicəmi tamamladıqdan sonra, aprelin sonunda Bolqarıstanda keçirilməsi planlaşdırılan lisenziya turnirinə hazırlaşacaqdım. Bəlkə də buna təəssüflənməyə dəyməz. İndi hər iki turnirdə iştirak edə bilərəm, təki sağlıq olsun, bu bəladan qurtulaq.

Yunan-Roma güləşi üzrə dünya çemipionu və bürünc mükafatçısı, Avropa çempionatının qalibi və üç bürünc medal sahibi Eldəniz Əzizli azsport.az saytı ilə fikirlərini bölüşüb:

“Əlbəttə, ev şəraitində ancaq mümkün olanlarla kifayətlənməli oluruq. İdman formamı saxlamaq üçün müəyyən hərəkətləri yerinə yetirirəm. Bu karantin rejiminin yaxşı cəhəti o oldu ki, evə, uşaqlara kifayət qədər vaxt ayıra bildim. Əvvəllər məşqlər, təlim-məşq toplanışları, səfərlər onlarla istədiyim kimi bir yerdə olmağa imkan vermirdi. Digər tərəfdən, Romada sonuncu Avropa çemiponatında əzilən qabırğalarımın müalicəsinə daha çox vaxt ayırmaq imkanı yarandı. Karantin çəkimin artırılması sarıdan da işimi yüngülləşdirdi. Mənim indiyə kimi çıxış etdiyim 55 kq Olimpiya çəkisi deyil. “Tokio-2020”də iştirak etmək üçün mən çəkimi 60 kq-a yaxınlaşdırmalıyam. Hazırkı şərait buna imkan verir. Bununla belə, xüsusi qida rejiminə əməl etmək vacibdir”.

Eldəniz bu günlər fedarasiya ilə, məşqçilərlə əlaqə saxlayır. Olimpiya oyunları təxirə salındıqdan sonra DGB-nin prezidenti N.Laloviç güləşçilərə müraciətində bildirmişdi ki, MOK-da və DGB-nin özündə hazırkı vəziyyətlə bağlı qərarlar və görülən tədbirlər barədə idmançıları mütəmadi olaraq məlumatlandıracaq. Amma, Eldəniz hələ ki, hər hansı bir yenilik barədə məlumat almayıb: “Mən başqa ölkələrin güləşçiləri ilə əlaqə saxlayıram, vəziyyəti öyrənirəm. Məsələn, mənim çəkimdə sonuncu dünya çempionu gürcü Nuqzari Surtsumiya, qazax Karlon Jakanşa ilə telefon danışıqlarım olub, onlarda da hələ belə bir yenilik yoxdur”.

Hər bir zərərdə bir xeyir olur, deyirlər. Koronavirus da bizi bir çox mətləblər üzərində daha dərindən düşünməyə məcbur etdi, bir çox mənəvi dəyərlərin cəmiyyət üçün əhəmiyyətini bizə bir daha dərk etdirdi, bizi doğmalarımıza, sevdiklərimizə daha da yaxınlaşdırdı. Cəmiyyətdən təcrid olunmağın çətinliklərini göstərdi. Əgər insanlıq bundan lazımi ibrəti götürə biləcəksə, bu bəlanın da öhdəsindən tezliklə gələcək.

Ə.Fərəcov

Xəbər 714 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
25.10.2021 Yaponiya jurnalı Azərbaycan idmançılarının Tokio Olimpiadasında uğurlu çıxışlarına həsr olunan məqalə yayıb
08.09.2021 Tokio Yay Olimpiya və Paralimpiya oyunları zamanı komandaların üzvlərindən 863 nəfər koronavirusa yoluxub
07.09.2021 “Tokio-2020”də uğurla çıxış edən milli Paralimpiya komandamızın üzvlərinin sonuncu qrupu Vətənə qayıdıb
06.09.2021 Paralimpiyaçılarımızın triumfu: İdmançılarımız Azərbaycanın milli Paralimpiya tarixində qızıl səhifə yazdılar
05.09.2021 “Tokio-2020” XVI Yay Paralimpiya Oyunları təntənəli bağlanış mərasimi ilə başa çatıb
05.09.2021 İlqar Rəhimov: Azərbaycan paralimpiyaçıları Tokio Oyunlarını görünməmiş, möhtəşəm qələbələrlə başa vurdular
04.09.2021 Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya Oyunlarında uğur qazanan idmançılarımızı təbrik edib
04.09.2021 Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib
04.09.2021 Azərbaycan Tokio Paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub
04.09.2021 Azərbaycan Tokio Paralimpiadasında 13-cü qızıl medalını qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru