Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
15/10 | 22:53 Futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib
15/10 | 21:37 Millimiz San Marino yığmasına qalib gəlib
15/10 | 20:13 Formula 1 yürüş günlərinin formatına dəyişiklik edə bilər
15/10 | 19:00 Parapauerliftinq üzrə açıq respublika çempionatında 30-dan çox idmançı yarışacaq
15/10 | 18:52 Yeniyetmə qılıncoynadanımız Türkiyədə keçirilən turnirdə bürünc medal qazanıb
15/10 | 18:15 Dünya çempionatında 7 medal qazanan usta cüdoçularımız Vətənə dönüblər
15/10 | 18:03 Azərbaycan çempionatının səkkizinci turunun oyunlarına hakim təyinatları açıqlanıb
15/10 | 17:42 “Turan Tovuz” və “Kəpəz” futbol klublarının üzvləri üçün seminar keçirilib
15/10 | 17:20 Badminton üzrə Gəncə birinciliyinə yekun vurulub
15/10 | 16:55 Naxçıvanda keçirilən futzal liqasında ilk tura yekun vurulub
15/10 | 16:43 Abşeron Olimpiya İdman Kompleksində tayboks üzrə respublika turniri keçiriləcək
15/10 | 16:30 Azərbaycan Dövlət İqtisad Universitetində “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub
15/10 | 16:25 Azərbaycan badmintonçuları “Egypt International 2019” turnirinə qatılacaqlar
15/10 | 16:12 Azərbaycan Aykido Mərkəzində beynəlxalq seminar təşkil olunacaq
15/10 | 16:04 Azərbaycan idmançıları Çində keçiriləcək uşu üzrə dünya çempionatında iştirak edəcəklər
15/10 | 15:54 UEFA-nın ayırdığı vəsait klublara köçürülüb
15/10 | 15:31 Full və layt kontakt karate üzrə Bakı birinciliyi və çempionatı keçiriləcək
15/10 | 15:17 Azərbaycan “Tokio 2020” Yay Paralimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb
15/10 | 15:02 Gimnastika üzrə ilin sonuncu yerli yarışı Sumqayıtda təşkil olunacaq
15/10 | 14:49 Azərbaycanın kişi şpaqaçıları Xorvatiyada keçirilən “Satellite” seriyalı turnirdə iştirak ediblər
15/10 | 14:31 Məhəmməd Muradlı 20 yaşlı şahmatçılar arasında dünya çempionatında mübarizəyə başlayır
15/10 | 13:58 Ağsuda şahmat üzrə rayon çempionatı keçirilib
15/10 | 13:24 MOİK-in idmançıları Hərbçilərin 7-ci Dünya Oyunlarına yüksək səviyyədə hazırlaşıblar
15/10 | 12:55 Yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib
15/10 | 12:05 Velosipedçimiz Malayziyada “Tour of Peninsular 2019” yarışının birinci mərhələsinin qalibi olub
15/10 | 11:26 Bu gün “FIDE Grand Swiss 2019” turnirində altıncı turun görüşləri keçiriləcək
15/10 | 11:00 “Avro 2020”: Bu gün səkkizinci tura yekun vurulacaq
15/10 | 10:21 FIDE Grand Swiss 2019: Rauf Məmmədov və Nicat Abbasov inamla irəliləyirlər
15/10 | 10:15 "Avro 2020"nin Könüllülər Proqramının 12 universitetdə təqdimatı olacaq
15/10 | 10:00 Azərbaycan güləşçisi ilk Dünya Çimərlik Oyunlarında gümüş medal qazanıb
15/10 | 09:42 “Avro–2020”: Ukrayna Portuqaliyanı, İngiltərə isə Bolqarıstanı məğlub edib
15/10 | 09:40 “Avro-2020”: Türkiyə səfərdə Fransa ilə heç-heçə edərək liderliyini davam etdirir
14/10 | 22:49 Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb
14/10 | 21:28 “Racing Point” “Renault” komandasının hər iki bolidinin leqallığına görə etirazını bildirib
14/10 | 20:09 İdmançımız Tofiq Musayev Rizin Qran-Pri turnirinin yarımfinalına yüksəlib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 7 7 0 0 17-1 21
2 Keşlə 7 3 2 2 8-3 11
3 Neftçi 7 3 2 2 8-6 11
4 Səbail 7 3 1 3 8-11 10
5 Zirə 7 2 2 3 6-9 8
6 Sumqayıt 7 2 1 4 5-9 7
7 Qəbələ 7 1 2 4 3-14 5
8 Sabah 7 1 2 4 5-7 5
Bədən Tərbiyəsi və İdman günü bu dəfə Avropa idman şəhəri olan Gəncədə qeyd edildi
Tarix: 05.03.2019 | Saat: 19:56:00 | E-mail | Çapa göndər
Martın 5-də, Gəncə şəhərində Bədən Tərbiyəsi və İdman Günü və “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi keçirilib.

Heydər Əliyev Park Kompleksində keçirilən mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının rəsmi nümayəndələri, Gürcüstanın Batumi şəhəri meriyasının təmsilçiləri, eləcə də ölkəmizin tanınmış idmançıları, yerli və xarici qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsini ziyarət edərək, əklil qoyublar. Nazir Azad Rəhimov və şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov idman veteranları və idmançılarla görüşərək onları bu əlamətdar gün münasibətilə təbrik ediblər.

Təntənəli açılış mərasiminə Heydər Əliyev Mərkəzinin önündən start verilib. Mərkəzdən amfiteatradək olan məsafədə qurulan pavilyonlarda fərqli idman növləri üzrə təmsil etdikləri idman federasiyaları və idman klublarının üzvləri nümunəvi çıxışlarını təqdim ediblər.

Nazir Azad Rəhimov Gəncə şəhərini yerli və beynəlxalq əhəmiyyətli yarışlarda təmsil edən gənclərlə və veteran idmançılarla görüşüb.

Təntənəli mərasim Dövlət himinin səslənməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tarixi əhəmiyyətli hadisə - “2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin açılışı münasibətilə gəncəliləri və idman ictimaiyyətini təbrik edib.

Bildirilib ki, Azərbaycanda böyük idman hərəkatı ayrı-ayrı bölgələrdə olduğu, kimi Gəncə şəhərində də uğurla həyata keçirilir. Gəncə idmançıları hər il müxtəlif beynəlxalq yarışlarda iştirak edərək ildən-ilə öz nailiyyətlərini yüksəldirlər.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin nailiyyətlərindən danışan Niyazi Bayramov, idmanın ayrı-ayrı sahələrinə, yeniyetmə və peşəkar idmançılara yaradılan şəraiti, göstərilən diqqət və qayğını yüksək dəyərləndirib.

Qeyd edilib ki, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı olan Gəncə “ACES Europe” təşkilatı tərəfindən bu il üçün Avropanın İdman Şəhəri tituluna layiq görülüb.

Vurğulanıb ki, Gəncədə hazırda üç idman məktəbi fəaliyyət göstərir. Bu məktəblərin yetirmələri həm ölkə, həm Avropa, həm də dünyamiqyaslı yarışlarda yüksək nailiyyətlər qazanırlar. Şəhərdə peşəkar və həvəskar futbol klubları yaradılıb. Gəncədə ölkəmizin əksər bölgələrində olduğu kimi müasir olimpiya idman kompleksi fəaliyyət göstərir.

Sonda Niyazi Bayramov əminliklə ifadə edib ki, gəncəli idmançılar Azərbaycanda bu sahəyə, eləcə də onlara göstərilən dövlət dəstəyinə beynəlxalq yarışlarda bayrağımızı ucaltmaqla cavab verəcəklər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov beynəlxalq layihənin açılışı münasibətilə idman ictimaiyyətini və gəncəliləri təbrik edib.

Martın 5-nin ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü olduğunu deyən Azad Rəhimov bildirib ki, bu tarix Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd olunur. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezident İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı tezliklə öz müsbət nəticəsini göstərib.

Nazir Gəncənin 2019-cu ildə Avropanın İdman Şəhəri titulunu şərəflə daşıyacağını, Nizami yurdu idmançılarının isə hər il olduğu kimi bu il də yüksək nailiyyətlər qazanacağını deyib.

Açılış mərasimində çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Gəncənin 2019-cu ildə Avropanın İdman Şəhəri tituluna layiq görülməsi bu şəhərin zəngin idman ənənələrinə malik olduğunun təsdiqidir. “1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra respublikamızda ilk olimpiya komplekslərindən biri məhz Gəncə şəhərində inşa olunub. Bu gün isə Gəncə şəhərində daha bir böyük olimpiya idman kompleksi tikilir. Bu idman sarayı da şəhərdə idmanın inkişafına xidmət edəcək”, – deyə Ç.Hüseynzadə qeyd edib.

Sonra Gənclər və İdman Nazirliyinin sifarişi əsasında, xüsusi olaraq layihənin açılış mərasimi üçün hazırlanmış, Gəncənin çoxəsrlik tarixini, müasir inkişafını və idman uğurlarını özündə əks etdirən “Karvan” filmi mərasim iştirakçılarına təqdim olunub.

Tədbir boyu şəhərdə gəzən karvan rəmzi olaraq Gəncənin idman tarixinə səyahət edib və amfiteatra toplaşmış tamaşaçılar bu səyahəti monitor vasitəsilə izləyiblər.

Açılış mərasimində Bakıdan dəvət olunmuş və yerli incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.

Beləliklə, “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi öz inkişafının müasir dövrünü yaşayan Nizami yurdunda coşqu ilə qarşılanıb və ictimai əhəmiyyətli ümumşəhər idman bayramına çevrilib.

Xatırladaq ki, 2018-ci il mayın 16-da Gəncə şəhəri 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Belçika Krallığının paytaxtı Brüsseldə “ACES Europe”nın təşkilatçılığı ilə Avropanın İdman Paytaxtı və Avropanın İdman Şəhəri titullarını qazanan şəhərlərin rəsmi təltif olunma mərasimi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il üçün Avropanın İdman Şəhəri titulunu əks etdirən rəsmi bayrağı qəbul edib. Avropanın İdman Şəhəri titulunu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 649 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.09.2019 Nazir Azad Rəhimov Rusiyanın İdman naziri Pavel Kolobkov ilə görüşüb
20.09.2019 Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
20.09.2019 Nazir Azad Rəhimov Abşeronda vətəndaşlarla görüşdü
12.09.2019 Nazir Azad Rəhimov Beynəlxalq Fair Play mükafatına layiq görülüb
09.09.2019 Gənclər və idman naziri Azad Rəhimov Strasburqda işgüzar səfərdədir
03.09.2019 Nazir Azad Rəhimov müsəlman gəncləri “Gənclər günü” münasibəti ilə təbrik edib
27.08.2019 Gənclər və idman naziri yeniyetmə şahmatçılarla görüşüb
23.08.2019 Nazir Azad Rəhimov Göygöldə vətəndaşlarla görüşdü
19.08.2019 25 ilin nailiyyətləri növbəti 25 ilin inam körpüsüdür
09.08.2019 Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin təqdimat mərasimi keçirilib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Azərbaycan şahmatının yeni zirvəsi
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru