Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
21/02 | 16:45 Yunan-Roma güləşçilərimiz Macarıstanda Qran-Pridə iştirak edəcəklər
21/02 | 16:01 Tələbələrin XIV Respublika Universiadası martın 1-də start götürəcək
21/02 | 15:19 Bu gün futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək
21/02 | 14:27 Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları – Cırtdan və Bəbirin təqdimatı olub
21/02 | 14:11 Parataekvondoçularımız beynəlxalq reytinq turnirində beş medal qazanıblar
21/02 | 13:46 Qılıncoynadanlarımız İtaliyada keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər
21/02 | 12:34 Rauf Məmmədov və Eltac Səfərli “Aeroflot open” turnirində ilk qələbələrini qazanıblar
21/02 | 11:00 Formula 1 Azərbaycan Qran-Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyası davam edir
21/02 | 10:04 Açıq Avropa turnirində cüdoçularımız da iştirak edəcəklər
21/02 | 09:53 Azərbaycan kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku yarışlarına ev sahibliyi edəcək
20/02 | 18:23 Azərbaycan UEFA-nın seminarında təmsil olunacaq
20/02 | 17:52 “Ocaq Sport” idman klubunun gimnastları beynəlxalq turnirdə uğurla iştirak ediblər
20/02 | 16:01 Azərbaycanlı atletlər Minskdə keçiriləcək beynəlxalq yoldaşlıq turnirində mübarizə aparacaqlar
20/02 | 15:47 Moskvada ənənəvi “Aeroflot open” şahmat festivalının ilk turunun oyunları keçiriləcək
20/02 | 14:52 AzVİF-in mühərriksiz nəqliyyat vasitələrindən istifadə sahəsində apardığı təbliğat yüksək qiymətləndirilib
20/02 | 14:20 Yeniyetmə güləşçilər arasında Azərbaycan çempionatı davam edir
20/02 | 13:37 Futzal üzrə Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşıb
20/02 | 12:37 Astaralı idmançılar İranda keçirilən IV Beynəlxalq Karate Festivalında birinci yerə sahib olublar
20/02 | 11:04 Yaponiyalı tədqiqatçılar “Tokio 2020” olimpiada öncəsi yeni sistem yaradıblar
20/02 | 10:06 İsmayıllıda şahmat üzrə rayon birinciliyi keçirilib
20/02 | 09:54 Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” super turnirinin vaxtı müəyyənləşib
19/02 | 20:20 Güləş üzrə Azərbaycan çempionatının birinci gününün qalibləri müəyyənləşib
19/02 | 17:48 Azərbaycan şahmatçıları ənənəvi “Aeroflot open” beynəlxalq festivalında mübarizə aparırlar
19/02 | 16:29 Bədii gimnastlarımız Moskvada beşinci olublar
19/02 | 16:21 Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
19/02 | 15:32 Yeniyetmə güləşçilər arasında Azərbaycan çempionatına start verilib
19/02 | 15:05 Futzalçılardan ibarət millimiz bu gün yoldaşlıq oyunu keçirəcək
19/02 | 14:49 Liderlərin qarşılaşması gərgin idman mübarizəsi ilə yadda qalıb
19/02 | 14:13 “Tokio-2020" Olimpiadasının təşkilatçıları bütün komplekslərin ilin sonuna kimi tam hazır olacağını vəd edirlər
19/02 | 13:21 Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək
19/02 | 13:04 “Lozanna 2020” təşkilatçıları olimpiada medallarının dizaynı üçün müsabiqəyə başlayıb
19/02 | 12:25 Astarada yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib
19/02 | 12:03 Boks üzrə millimiz “Strandja” turnirində iki bürünc medal qazanıb
19/02 | 11:53 A.A.Banışevskinin əziz xatirəsinə həsr olunmuş turnir keçiriləcək
19/02 | 11:01 “Tokio-2020" təşkilatçıları açılış və bağlanış mərasimi üçün büdcəni 40 faizdən çox artırıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Neftçi 16 11 4 1 29-11 37
2 Qarabağ 16 10 4 2 35-15 34
3 Səbail 16 7 3 6 19-16 24
4 Qəbələ 16 6 5 5 19-18 23
5 Sabah 16 6 2 8 14-21 20
6 Sumqayıt 16 4 3 9 13-23 15
7 Zirə 16 3 4 9 14-27 13
8 Keşlə 16 3 3 10 16-28 12
Bakı Atıcılıq Mərkəzi IV İslam Həmrəyliyi Oyunlarına tam hazırdır
Tarix: 01.05.2017 | Saat: 18:16:00 | E-mail | Çapa göndər
IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarına ev sahibliyi edəcək Bakı Atıcılıq Mərkəzinə mayın 1-də media nümayəndələrinin tanışlıq turu təşkil olunub.

Jurnalistlər mərkəzdə mötəbər yarışa ciddi hazırlıq işləri ilə maraqlanıblar.

Media nümayəndələrinə məlumat verilib ki, Bakı Atıcılıq Mərkəzi 2015-ci il martın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.

Bildirilib ki, idmanın bu növü üzrə ən yüksək beynəlxalq tələblərə cavab verən Bakı Atıcılıq Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışları beş gün ərzində - mayın 13-17-də keçiriləcək. Yarış iştirakçıları tapança, tüfəng və hava tüfəngi kimi odlu silahları əhatə edən fərdi və komanda yarışlarında mübarizə aparacaqlar. Hədəfdən, məsafədən və idman silahının növündən asılı olaraq, hər idman növü üzrə bir neçə yarış keçiriləcək.

Qeyd olunub ki, Mərkəzin baş planına əsasən, ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Mərkəzin güllə atıcılığı binası müasir səviyyədədir. Binada müxtəlif funksional sahələr, o cümlədən kafe, VİP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama, həmçinin təchizat-xidmət otaqları, iki konfrans və mətbuat zalı, tibb məntəqəsi, fitnes zal var.

Mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb ki, güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən “Sius Ascor” markalı (İsveçrə) müasir elektron sistemləri və avadanlıq quraşdırılıb. On metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti quraşdırılıb. İyirmi beş metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. Burada 350-dək oturacaq quraşdırılıb. Əlli metrlik məsafəyə yarımqapalı atış tirinin xətti isə eyni vaxtda 80 idmançıya bacarığını sınamağa imkan verir. Üç yüz metrlik məsafəyə yarımqapalı atış tirində də idmançıların yüksək səviyyədə yarışmaları üçün hərtərəfli imkanlar var. Burada eyni vaxtda 40 idmançı yarışa biləcək. Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı mübarizə aparacaq. Güllə atıcılığı binasında Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə uyğun olaraq qurulan zalların hər birində idmançılara, hakimlərə, məşqçilərə xidmət edəcək xüsusi otaqlar yaradılıb. Binanın ikinci mərtəbəsində atıcılıq zallarının nəzarət otaqları və baxış eyvanı, təlim-tədris, məşqçi, iclas otaqları və digər inzibati-texniki otaqlar yaradılıb.

Məlumat verilib ki, stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə yarışlar və məşqlər keçiriləcək. Burada biri final yarışları üçün nəzərdə tutulmaqla 5 atış meydançası inşa edilib. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var. İtaliyanın “Mattarelli” markalı hədəftullayıcıları Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Mərkəzdə idmançıların və məşqçilərin, həmçinin qonaqların qalmaları üçün mehmanxana da inşa edilib. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqların istirahəti üçün yüksək şərait yaradılıb. Binada, həmçinin inzibati otaqlar da fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, Bakı Atıcılıq Mərkəzi ötən ilin iyununda “Bakı-2015” birinci Avropa Oyunlarının atıcılıq yarışlarına yüksək səviyyədə ev sahibliyi edib.
Xəbər 733 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
14.01.2019 Güllə atıcılığı üzrə Bakı çempionatına yekun vurulub
10.01.2019 Münxen turnirində üç atıcımız qüvvəsini sınayacaq
25.12.2018 Stend atıcılığının kompakt-sportinq növü üzrə federasiya kubokunun qalibi müəyyənləşib
13.12.2018 Çövkən milli atüstü oyunu üzrə Prezident kuboku turniri davam edir
12.12.2018 Güllə atıcılığı üzrə XIII açıq Bakı turnirinin qalibləri müəyyənləşib
08.12.2018 Kompakt-sportinq üzrə atıcılıq turniri keçiriləcək
29.11.2018 Güllə atıcımız Ruslan Lunyov Tbilisidə birinci olub
11.10.2018 Azərbaycanda keçiriləcək güllə atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışında 600-dək idmançının iştirakı gözlənilir
09.10.2018 Ruslan Lunyov Avropa kubokunun finalında qızıl və gümüş medallar qazanıb
28.09.2018 Güllə atıcılığı üzrə Bakı kuboku yarışlarının qalibləri müəyyənləşib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
“Tokio-2020": Hər növün öz təsnifat qaydası var
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru