Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
14.02.2017 AGIN
2017-ci ilin idman təqvimi
13.02.2017 Bakı-2017
IV İslam Həmrəyliyi Oyunları. Bakı, 12-22 May 2017
01.02.2017 AGIN
2017-2020-ci illər üçün Azərbaycan Respublikasının vahid idman təsnifatı
 Xəbərlər
20/04 | 21:20 “Synergy Baku” velosiped komandası “Tour of Mersin” yarışına uğurla başlayıb
20/04 | 20:51 Bakı İdman Sarayında beynəlxalq cüdo turnirinin açılış mərasimi olub
20/04 | 19:12 Ağır atletika üzrə seçmə mərhələ yarışları keçiriləcək
20/04 | 18:55 Boksçularımız Avropa birinciliyinə qələbə ilə başlayıblar
19/04 | 16:51 Şəmkirdə V Vüqar Həşimov Memorialı start götürüb
19/04 | 15:32 Formula 1 İspaniya Qran Prisi cədvəl üzrə keçiriləcək
19/04 | 14:26 U-16 millimiz yoxlama oyununda gücünü sınayıb
19/04 | 13:45 Milli Olimpiya Komitəsi və İslam Həmrəyliyi İdman Federasiyası arasında anlaşma memorandumu imzalanıb
19/04 | 11:33 Azərbaycan gimnastları II Avropa Oyunlarına lisenziyalar qazanıblar
19/04 | 10:16 “Qalatasaray” klubunun qadın basketbolçuları Avropa Kuboku yarışlarının qalibi olub
18/04 | 22:49 Şəmkirdə Vüqar Həşimov memorialının təntənəli açılış mərasimi olub
18/04 | 22:05 Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə üçüncü olublar
18/04 | 21:00 “Ferrari” Bakı Qran-Prisinə daha cəsarətli şin seçimi edib
18/04 | 19:01 Futbol üzrə Azərbaycan kubokunun ilk finalçısı müəyyənləşib
18/04 | 18:56 Azərbaycan şahmatçısı Nepalda keçirilən turnirdə ikinci yer tutub
18/04 | 17:12 Beynəlxalq qrossmeysterlər məktəbli şahmatçılara ustad dərsləri keçiblər
18/04 | 16:04 U-16 millimiz “Keşlə” klubuna qalib gəlib
18/04 | 15:32 Bakıda İƏT-ə üzv ölkələrin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası keçirilir
18/04 | 14:21 Dünya çempionu Maqnus Karlsen Şəmkirdə özünü basketbolçu kimi sınayıb
18/04 | 13:36 Azər Əsgərov: Cüdo üzrə beynəlxalq turnir hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir
18/04 | 11:41 Bu gün futbol üzrə Azərbaycan kubokunun finalçıları müəyyənləşəcək
18/04 | 11:03 Azərbaycan Kunq Fu Federasiyasına prezident seçildi
18/04 | 10:59 “Mançester Yunayted” Poqbanın transfer qiymətini açıqlayıb
17/04 | 20:29 Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb
17/04 | 18:31 Cüdo üzrə regionlararası “Federasiya kuboku” uğrunda komanda yarışlarına start verilib
17/04 | 14:40 Çerlidinq üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
17/04 | 13:03 Velosiped idman növü üzrə yarışlara Xətai rayonunun 32 məktəbindən 200-dək şagird qatılıb
17/04 | 12:35 U-20 millimiz Gürcüstan və Makedoniya yığmaları ilə üz-üzə gələcək
17/04 | 11:23 Azərbaycanın U-21 millisi Bakıda Macarıstan yığması ilə qarşılaşacaq
17/04 | 10:39 Аzərbаycаn Pоlisinin 100 illik yubileyi münasibətilə DİN-in əməkdaşları arasında cüdo çempionatı keçirilib
16/04 | 18:25 Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunun oyun cədvəli müəyyənləşib
16/04 | 16:20 Nicat Abbasov şahmat festivalının vitse-çempionudur
16/04 | 15:23 “Qəbələ”nin cüdoçusu Avropa kuboku yarışlarında qızıl medal qazanıb
16/04 | 14:55 FIFA 2021-ci ilə planlaşdırılan yeni klub turnirinin hazırlıqlarına başlayıb
16/04 | 13:08 “Boka Xuniors” klubu Buffona altı aylıq müqavilə təklif edib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 23 17 5 1 33-8 56
2 Qəbələ 22 12 5 5 36-21 41
3 Sumqayıt 22 10 6 6 29-24 36
4 Zirə 22 9 8 5 29-22 35
5 Neftçi 22 9 4 9 28-24 31
6 Səbail 22 5 3 14 14-31 18
7 Keşlə 22 4 6 12 19-34 18
8 Kəpəz 23 3 3 17 13-38 12
“Qarabağ” - gələn oyun və bir qələbə “Qəbələ” - gələn oyun, üç qələbə və liderin itkisi
Tarix: 05.04.2017 | Saat: 21:51:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Milli futbol çempionatı kulminasiya nöqtəsinə, yəqin gələn tur yetişəcək. Aprelin 9-da çempionatda qələbəyə real iddiası qalmış iki klub üz-üzə gələcək. Bu qarşılaşmada qələbə son çempionun daha bir mövsümdə təntənəsinin rəmzinə çevriləcək. Çünki bundan sonra ona 3 turda ya uduzmamaq, ya da 3 oyundan birində qələbə qazanmaq kifayət edəcək. Buna ehtiyac olmaması üçün "Qarabağ"a hədiyyəni "Qəbələ" özü, elə ötən turda olduğu kimi, büdrəməklə etməlidir.

"Qəbələ"yə isə tam əksinə, təkcə qarşıdakı tet-a-tet dueldə qələbə və sonrakı görüşlərdəki qələbələr kifayət etməyə bilər. Komanda indiki 4-xallıq fərqi hətta bir xala endirsə belə, sonrakı turlarda "Qarabağ"ın daha bir dəfə büdrəməsini gözləməlidir. Təbii ki, bütün bunlarla yanaşı, son 3 görüşdə "Qəbələ" özü mütləq qələbələr qazanmalıdır.

Bir variant da var: qarşıdakı dueldə liderlərin heç-heçəsi. Bu halda "Qarabağ"a iki qələbə, yaxud "Qəbələ"nin büdrəməsi lazımdır. "Qəbələ" isə "Qarabağ"ın sonrakı rəqiblərdən birinə məğlubiyyəti ilə yanaşı, daha bir qarşılaşmada xal itkisini gözləməlidir. Bir sözlə, ilk baxışda bu mürəkkəb riyaziyyat mənzərəsi sadədən də sadədir. O, hər turda bir qədər də sadələşib adiləşəcək.

Keçək ötən oyunlara. "Qarabağ" keçən tur daha bir çempionluq zirvəsinə ciddi addım atdı. Əlbəttə, özünün qələbəsi ilə yanaşı, məhz prinsipial rəqibi kimi, "Qəbələ"nin məğlubiyyətə bərabər heç-heçəsi sayəsində. Hərçənd qarşılaşmaları eyni vaxtda başlayan bu cütlüyün görüşlərinin birinci hissəsində vəziyyət tam əksinə idi. İlk qolu buraxan "Qarabağ" hesabı yalnız fasilə ərəfəsində bərabərləşdirdi; "Qəbələ" isə hesabda önə çıxmaqla ümidləndi. Fəqət ənənələrə sədaqət qalır: hər iki klub haqqında il boyu söylədiklərimiz, demək olar ki, olduğu kimi yenə özünü büruzə verdi. "Qarabağ" vacib məqamda özünü-gücünü toparladı, "Qəbələ" isə yenə illərdir davam edən oyunsuzluq sindromuna düşdü. Ümumiyyətlə, ənənəsinə sadiq qalsa, "Qarabağ"ı bundan sonra keçmək heç asan olmayacaq. Bu komanda finiş xəttini yaxşı templə ötməyi bacarır. Ənənəvi eniş dövrünü isə klub, belə görünür ki, artıq "Kəpəz"lə oyunda geridə qoydu. Bundan savayı, "Qarabağ" ən həlledici məqamda özünü toparlaya bilir. Üstəlik, bu mübarizədə sülh "Qarabağ" üçün qızıla bərabər bir xal, "Qəbələ" üçünsə 4 xala bərabər itki qiymətində olacaq. Buna görə "Qarabağ" "Qəbələ" ilə matça sürprizlərlə çıxa bilər. "Qəbələ" isə artıq tapmacalara cavab tapmaq üçün həmin görüşdə istənilən ssenariyə hazır olmalıdır. Əks təqdirdə, onun bir çıxış yolu var: əvvəldən rəqibi tam təzyiq altında saxlayıb bəxtə güvənmək. Çünki indiki vəziyyətində "Qəbələ"nin rəqibi tam təzyiq altında saxlamağa gücü-qüdrəti yoxdur, deməli, ən çox bəxt amilinə ehtiyacı var. Qafqaz klubunun oyun planında problemləri hələ göz dağı kimi “pöhrələnir”, onun həllinə məşqçinin nə üçün gücünün yetmədiyini söyləməyə çox fərziyyə var. Həqiqət isə birdir - artıq "Qəbələ" dəyişikliyə və kursu yeniləməyə tam hazır olmalıdır. Bunun oyun, oyunçu, ya məşqçi planında baş verən bir hadisəyə çevrilməsi isə klub rəhbərliyinin qərarı və qənaətinə bağlı olan məsələdir. "Qarabağ"ın da dəyişikliyə kəskin ehtiyacı var. Amma burada çox şey bəllidir - ilk növbədə, oyunçu, daha sonra bunun davamı olaraq oyun.

Çempionluğa namizədlər barədə sözü-söhbəti başa vurub, keçək digər yerlərə iddialılara. Başı dərdli "İnter" artıq çıxış yolunu elitada daha yüksək yer tutmaqla həll etmək üçün çalışmalıdır. Bu halda hansısa oyun elementindən danışmağa dəymir.
"Zirə" finiş ərəfəsində daha bir şansı, həm də sanbalını təsdiq edən fürsəti Qəbələdə qazandı. Həm də komandanın UEFA-dan aldığı müsbət rəydən sonra daha inamla oynamağa stimulu, şövqü var və bunu da nümayiş etdirdi. Fəqət Avropa arenasında "Kəpəz"in ötənilki yolunu təkrarlayıb, yarıyolda dayanmamaq üçün "Zirə"nin ciddi dəyişikliklərə, ən əsası, strateji hədəfləri yüksəltməyə ehtiyacı var. Çünki ötənilki strateji planlar məhz səbatın yetərli olmaması üzündən böhranla əvəzləndi.
"Kəpəz"in də ləngər vurması eyni qəbildən olan məsələdir. Əvəzində tam yeniləşmək niyyətində olan "Neftçi"nin özünə gələ bilməməsi, hələ qış fasiləsində qeyd etdiyimiz kimi, heç də komandada uyğunlaşmaya bağlı olan proses deyil. Bu məsələ həm kubokun yarımfinal, həm də "Sumqayıt"la matçda göründüyü kimi, məhz oyun quruculuğuna yanaşmadakı nöqsan və qüsurların cəmini özündə ehtiva edən yetkinsizlikdir. Əgər "Neftçi" nə oynayır" sualı verilsə, "Sumqayıt"la oyuna baxmaq yetər: 90 dəqiqə bu komandanın meydanda nə istəyib, nəyə çalışdığı, nəyə can atdığı bəlli olmadı. Çünki məntiq ardıcıllığı və yetkinliyi yox idi. Hətta qapıya vurulan zərbələrin özü də kal - dəyməməmiş meyvə kimi, sadəcə, kor-koranə zərbələrə bənzəyirdi. Buna görə də ən məntiqli hücum sonluqlarında belə, ədalətin hökmü ilə nəticə əldə olunmadı.

Nəhayət, "sonuncu kimdir" sualının cavabı. Artıq AZAL-ın bu pillədə qərar tutacağı məlumdur. İndi komandanın aqibəti daha maraqlıdır. Bunun üçün də gözləmək lazım gələcək. Oyun planında isə bu gün məhz məğlubiyyətlərə düçar olan bu komanda ən məzmunlu, ən məntiqli, təkamüllü və yetişən siması ilə meydana çıxır və açığı, daha xoş təsir bağışlayır. Ona görə də bu klubu da aşağı dəstəyə yola salmaqla itirmək Azərbaycan futboluna bir zərbə olacaq. Bu məqamda düşündürücü bir süal ortaya çıxır: AFFA PFL-i ilə birlikdə nə vaxt aşağı diviziona ciddi münasibət bəsləməyə başlayacaq. Söz yox ki, məntiqdən söz salmışıqsa, oxucularımızın məntiqli cavabı da ola bilər: yüksək diviziona münasibətdə ciddi yanaşma varmı ki, aşağı dəstədə də olsun?! Axı bir vaxtlar, futbol anlayışı olanların kəskin etirazına baxmayaraq, 8-komandalıq yarış formatını böyük və güclü rəqabət rəmzi kimi təqdir edənlərin xülyalarının puç olduğu bir dövrdə azarkeşin bu kimi məntiqə hər bir əsası var.


Xəbər 457 dəfə oxundu



 
Müəllifin son yazıları

31.01.2018 Azərbaycan futzalının 5-ci qitə cəhdi
24.10.2017 Tarixi qələbəni yenə hakim oğurladı
23.10.2017 Özü özünə məğlub olan çempion
09.10.2017 Ümidli başlanğıcın məsuliyyətsiz sonluğu
02.10.2017 İlk ev oyununun dərsləri
26.09.2017 İlk dəfə Çempionlar Liqasının matçı Azərbaycanda keçiriləcək
25.09.2017 Klubların eniş-yoxuşlu yolu başlandı
12.09.2017 Xəyal, arzu və xülya haqqında bir neçə kəlmə
11.09.2017 «Neftçi»nin yeni, «Qəbələ»nin köhnə sükançısı dilemma qarşısında
05.09.2017 Qiymət ümidi son oyunun qığılcımına qaldı


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Azərbaycan futzalının 5-ci qitə cəhdi
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Dünya kubokunun sirləri
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Velosipedlə sağlamlığa gedən yol
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru