Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/03 | 20:22 Azərbaycan karateçisi Türkiyədə Premyer Liqada medal qazanıb
17/03 | 19:24 Azərbaycanın iki gimnastı Niderlandda qızıl medal qazanıb
17/03 | 16:25 Azərbaycan Basketbol Liqası: "Sumqayıt" səfərdə qələbə qazanıb
17/03 | 16:06 Azərbaycan gimnastları “AGF Tropy” beynəlxalq turnirində qızıl medallar qazanıblar
17/03 | 11:37 Qızıl Avropa Liqasında iştirak edəcək Azərbaycan millilərinin oyunlarının vaxtı bəlli olub
17/03 | 09:29 Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"un, "Sabah" "Sumqayıt"ın qonağı olacaq
16/03 | 17:36 Azərbaycan Basketbol Liqası: “Sabah” səfərdə “Cəlilabad”ı məğlub edib
16/03 | 16:30 Azərbaycan idmançısı Dünya Seriyasında şəxsi rekordunu yeniləyib
15/03 | 22:54 Güləş üzrə Azərbaycan çempionatı başa çatıb
15/03 | 14:08 Bakıda idman gimnastikası üzrə “AGF Trophy” turnirinə start verilib
15/03 | 10:57 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
15/03 | 10:01 U-15 Azərbaycan çempionatında sərbəst güləş üzrə qaliblər müəyyənləşib
15/03 | 08:37 Avropa Liqası: “Qarabağ” 1/8 finalda mübarizəni dayandırıb
14/03 | 22:05 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
14/03 | 21:11 Yüksək Liqa: “Murov Az Terminal” “Neftçi”ni məğlub edib
14/03 | 14:43 Azərbaycan voleybol millisi Antalyada təlim-məşq toplanışı keçəcək
14/03 | 13:13 Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında mübarizəyə qoşulublar
14/03 | 12:26 Voleybol üzrə Azərbaycan millisinin təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub
14/03 | 11:29 Futzal üzrə Yüksək Liqada IV dövrəyə start veriləcək
14/03 | 09:52 Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb
14/03 | 09:49 Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib
13/03 | 21:55 "Neftçi" Azərbaycan çempionatında 11-ci qələbəsini qazanıb
13/03 | 20:08 Qadın basketbolçular arasında Azərbaycan çempionatı keçiriləcək
13/03 | 18:00 Azərbaycan güləşçiləri Qazaxıstanda keçirilən turnirdə 10 medal qazanıblar
13/03 | 13:02 Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin açılış mərasimi keçirilib
13/03 | 10:18 Güləş üzrə Azərbaycan çempionatının ilk günündə 200-ə yaxın idmançı mübarizə aparıb
13/03 | 09:11 Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib
12/03 | 16:26 2026-cı ildə voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək
12/03 | 16:21 Stend atıcılığı üzrə Bakı Kuboku keçiriləcək
12/03 | 14:28 Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər
12/03 | 12:50 Azərbaycanın boks millisi Paris-2024-ə ən çox lisenziya qazanan ölkələrin siyahısında yer alıb
16/02 | 18:45 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
16/02 | 15:06 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
16/02 | 14:05 “Böyük dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
16/02 | 12:52 Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 25 19 3 3 65-21 60
2 Sumqayıt 26 10 9 7 25-30 39
3 Sabah 26 10 7 9 37-31 37
4 Neftçi 26 10 7 9 31-29 37
5 Səbail 26 10 7 9 39-38 37
6 Zirə 25 9 9 7 18-14 36
7 Turan 25 8 8 9 38-35 32
8 Araz 25 8 7 10 26-33 31
9 Kəpəz 26 7 6 13 28-45 27
10 Qəbələ 26 4 3 19 19-50 15
Dünya kubokunun sirləri
Tarix: 20.10.2015 | Saat: 13:58:00 | E-mail | Çapa göndər
Vüqar Məmmədov | vuqar-inqilaboqlu@mail.ru

Bakıda bir aya yaxın gedən mübarizədə şahmat üzrə səkkizinci dünya kubokunun yeni sahibi məlum oldu. Bu, Rusiya təmsilçisi Sergey Karyakindir.

Yarışa qatılmış 5 Azərbaycan şahmatçısından ən çox irəliləyən Şəhriyar Məmmədyarov oldu. Şəhriyar turnirin 1/4 final mərhələsinədək irəlilədi. Bu mərhələdə şahmatçımız turnirin gələcək finalçısı rusiyalı Sergey Karyakinlə qarşılaşıb. Tərəflər ilk partiyada sülh bağlayıblar. İki güclü şahmatçının mübarizəsində ikinci partiya da qalibi müəyyən etməyib. Beləliklə, bu matçda tay-breykə ehtiyac yaranıb. Sergey Karyakin yalnız tay-brekdə 3:1 hesabı ilə üstün olaraq, ümumi 4:2 hesablı qələbə ilə yarımfinala adlayıb. Turnirdə sonuncu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə bu mərhələdə mübarizəni dayandırıb.

1/4 finalın digər qarşılaşmalarında ukraynalı Pavel Elyanov ABŞ təmsilçisi Hikaru Nakamuranı (1,5:0,5), niderlandlı Anış Giri fransalı Vaşye-Laqravı (1,5:0,5) əsas partiyalarda üstələyiblər. Rusiyalı Pyotr Svidlerlə çinli Vey İnin qarşılaşmasında əsas qalib partiyaların heç-heçələrindən sonra, tay-brekdə müəyyənləşib. Svidler bu partiyalarda 2,5:1,5 (ümumi - 3,5:2,5) hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
Yarımfinaldan finala ilk keçən Pyotr Svidler olub. Sankt-Peterburqdan olan şahmatçı 1,5:0,5 hesabı ilə Aniş Giriyə qalib gələrək, 2016-cı il mayın 9-dan 28-dək keçiriləcək iddiaçıların turnirinə də vəsiqəni özünə təmin edib. Digər vəsiqə ilə bərabər finalçı olmaq imkanını Sergey Karyakin əldə edib. Karyakin və Elyanov arasında matçın ilk iki partiyası heç-heçə başa çatıb. Rəqiblər klassik nəzarət vaxtı rejimində ilk partiyada 77 gediş ediblər. İkinci partiyada isə ancaq 14-cü gedişdə heç-heçə qeydə alınıb.

Bu matçın taleyi sentyabrın 29-da, qısaldılmış nəzarət vaxtı rejimində əlavə partiyalarda həll edilib. Tay-breyklərdə 2,5:1,5 hesabı ilə üstün olan Karyakin ümumi 3,5:2,5 hesablı qələbə ilə finala adlayıb.

Dünya kuboku zamanı yarışın təşkilatçıları iştirakçıların istirahəti zamanı maraqlı mədəni proqram da hazırlamışdılar. Sentyabrın 30-da şahmatçıların Azərbaycanın tarixi-mədəni abidələri ilə tanışlıq turu təşkil edilmişdi. Turnirdə yarımfinala vəsiqə qazanan şahmatçılar, onların məşqçiləri, əcnəbi hakimlər və jurnalistlər istirahət günündə Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksi və "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.

Qonaqlar əvvəlcə "Qala" kompleksində olublar. Onlara Qala Arxeoloji-Etnoqrafik Muzey kompleksi, burada saxlanılan əşyalar, eksponatların tarixi, qədim dövrdə insanların həyat şəraiti haqqında ətraflı məlumat verilib. "Qala" kompleksində gənclər qayaüstü rəsmlər, orta əsr keramikası, məişət və bəzək əşyaları, silah və sikkələrlə, orta əsrlərdə istifadə edilən çəki vahidləri ilə tanış olub, ibtidai yaşayış sahələrini, müxtəlif emalatxanaları gəzmək imkanı əldə ediblər.

Sonra dünya kubokunun iştirakçıları "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Bakı 2015 birinci Avropa Oyunlarının məşəli "Atəşgah Məbədi"ndə alovlandırılıb.

Ertəsi gün dünya kubokunun iştirakçıları paytaxtda yerləşən "Sevimli Bala" incəsənət və şahmat klubunda olublar. Sabiq dünya çempionu Vladimir Kramnik, Pyotr Svidler, qadınlar arasında dünya çempionu Hou Yifan, Olimpiya və dünya çempionu Suzan Polqar uşaqlarla görüşüblər. Sonra şahmatçılar balacaların suallarına cavab verib, onlarla xatirə şəkli çəkdiriblər.

Və nəhayət, final.

Həlledici görüşdə Rusiyanı təmsil edən iki şahmatçı - Pyotr Svidlerlə Sergey Karyakin qarşılaşıblar. Mütəxəssislər rəqiblərin təxminən bərabər səviyyədə olduğunu söyləsə də, Svidlerin dünya kubokunda çıxışını unudurdular. Bakıdakı yarışda P.Svidler yüksək səviyyədə və sürətli oyun nümayiş etdirirdi. Rəqiblərini yaxşı təhlil edən Svidler gedişlər zamanı uzun düşünmürdü.

Finala gəldikdə, ilk iki görüşdə azarkeşlər Pyotr Svidlerin Sergey Karyakin üzərində qələbəsinə şahidlik etdilər. Heç kim ilk görüşlərdə Karyakinin acınacaqlı məğlubiyyətini gözləməsə də, Sergey rəqibindən "iki zərbə" aldı.

İlk partiyanın taleyini Svidlerin debütü həll etdi. Ağ fiqurlarla mübarizə aparan Pyotr maraqlı debüt seçimiylə Karyakini çaşdırdı. Saat yarımlıq oyundan sonra Svidler 16.d4 gedişiylə hamını təəccübləndirdi. Artıq çoxları şahmatçıların fiqurları dəyişəcəyini, sonra isə heç-heçəyə razılaşacaqlarını gözləməyə başladı.

İlk görüş göstərdi ki, Svidlerlə Karyakin arasında şahmat taxtasından kənarda heç bir danışıq olmayıb. Fiqurları dəyişməyə tələsməyən Svidler piyadanı itirmədi, üstəlik, mərkəzdə irəliləməyə başladı. Karyakinin Rb8 gedişi məğlubiyyətini tezləşdirdi. Svidler üstünlüyü sona qədər davam etdirərək, rəqibin şahını mat vəziyyətinə saldı. Bu məğlubiyyətdən sonra şok yaşayan Karyakin səhərisi gün belə, özünə gələ bilmədi.
İkinci görüşdə Karyakin ağ fiqurlarla oynadı. Sözsüz, Sergey əvvəlki məğlubiyyətin əvəzini çıxmağa çalışdı, amma yenə də səhvlərə yol verdi. İlk görüşdə Svidler debütü sayəsində uğur qazanmışdısa, bu dəfə Karyakin özü rəqibin sevinməsinə kömək etdi. Ağ fiqurlar üstünlük qazansa da, onu inkişaf etdirə bilmirdi. Nəticədə, hətta kompüter belə görüşün heç-heçə başa çatacağını proqnozlaşdırırdı. Ağ fiqurlar hücum etsə belə, Svidlerin qara fiqurları ustalıqla müdafiə olunurdu. 38.Rd5 Nb6 gedişindən sonra Karyakin təslim olmağa məcbur oldu. Ağır fiqurlarını itirən Sergey oyun nizamını qoruya bilmədi. Düzünü desək, P.Svidler qələbə üçün heç nə etmədi, amma məğlubiyyətə də layiq deyildi. Pyotr, sadəcə, Karyakinin "hədiyyə"sindən istifadə etdi.
Dünya kubokuna sahib olmaq üçün üçüncü partiyada Svidlerə heç-heçə yetərli idi. Lakin bu partiya 30-cu gedişdə Karyakinin qələbəsi ilə başa çatdı. Beləliklə, 25 yaşlı Karyakin finalda hesab arasındakı fərqi azaltdı - 1:2.

4-cü partiyanın keçirildiyi gün FİDE prezidenti Kirsan İlümjinov dünya kubokunun finalına baxmaq üçün Bakıya gəldi. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və FİDE-nin rəhbəri finalçılarla görüşərək, onlara uğurlar arzuladilar. Yarış zalı, mətbuat otağıyla tanış olan Kirsan İlümjinov yaradılan şəraiti yüksək qiymətləndirdi, təşkilatçılara təşəkkürünü bildirdi.

Gənclər və idman naziri Azad Rəhimov, FİDE prezidenti Kirsan İlümjinov, eləcə də Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov görüş keçirdilər.
4-cü partiyanın özünə gəldikdə, ilk ikisində məğlub olaraq, çoxlarının uğuruna inamını itirdiyi Karyakin ardıcıl ikinci qələbəsini qazanaraq, hesabı bərabərləşdirdi.

Svidler oyunda tezliklə arzuolunmaz vəziyyətə düşdü. Karyakin sonradan bir cüt yüngül fiquru dəyişməklə rəqibin işini asanlaşdırdı. Lakin Svidlerin qərarsızlığı öz təsirini göstərdi. Fəallıq göstərmək imkanına malik Pyotr tam müdafiə mövqeyinə oturmuşdu. Ağlar isə şahı mərkəzə keçirərək, şah cinahında piyadaların keçidini hazırladılar və bununla da rəqibin müdafiəsini sarsıtdılar. 45-ci g3 gedişindən sonra partiya qaralar üçün ümidsiz top endşpilinə keçdi.

Bununla da kubokun taleyi tay-breyklərə qaldı. Tay-breyklərdə 4:2 hesabı ilə qələbə qazanan Sergey Karyakin ümumi 6:4 hesablı nəticə ilə finalın qalibi və bununla da dünya kubokunun sahibi oldu.

Beləliklə, 2016-cı ildə keçiriləcək şahmat üzrə iddiaçıların turnirinin də beş iştirakçısının adı məlum oldu. Bakı yarışından bu hüququ, qeyd etdiyimiz kimi, rusiyalı qrossmeysterlər Sergey Karyakin və Pyotr Svidler dünya kubokunun finalına çıxmaqla əldə etdilər.

İddiaçıların turnirində, ümumilikdə, səkkiz nəfər oynayacaq. Turnirdə Bakı finalçılarından savayı, 2014-cü ildə dünya çempionu adı uğrunda matçın iştirakçısı olmuş Hindistan şahmatçısı Vişvanatan Anand, qran-pri seriyasının yekunlarına görə amerikalı Hikaru Nakamura və italiyalı Fabiano Karuana, FİDE versiyası üzrə ən yüksək reytinqə malik olan iki şahmatçı və təşkilatçıların fərdi qaydada dəvət etdiyi daha bir şahmatçı iştirak edəcək. İddiaçıların turnirinin qalibi isə dünya tacı matçında norveçli Maqnus Karlsenin rəqibi olacaq.

Vüqar İNQİLABOĞLU


Xəbər 5001 dəfə oxundu



 
Müəllifin son yazıları

13.07.2021 7 gedişə dünya çempionunu təslim edən Şəhriyar
23.09.2020 III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
07.09.2020 Dünya şahmatının gənclik zirvəsi
31.08.2020 Olimpiya halqaları - 100
26.08.2020 “Şahmat həyatdır
13.05.2020 Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
06.04.2020 İdman mövzulu əsginaslar
29.03.2020 Bu oyunda kim uduzdu, kim uddu?
13.03.2020 Aydının “Aeroflot
09.10.2019 Azərbaycan şahmatının yeni zirvəsi


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru