Real» Halkı götürə bilər
Sankt Peterburq «Zenit»inin braziliyalı forvardı Halk İspaniyanın vitse-çempionu «Real»ın maraq dairəsindədir. İspaniyanın «AS» nəşrinin yazdığına görə, madridlilər braziliyalı qolçu üçün 60 milyon ödəməyə hazırdılar.

Bu transferin həyata keçməsinə futbolçu özü təsir göstərə bilər. Əlbəttə ki, əgər ispan nəhənginin formasını geyinmək istəsə. Bununla belə, Halk «Real»ın bu yaykı transfer məqsədləri arasında heç də ən önəmli yeri tutmur.

Xəbər 905 dəfə oxundu.