Nani «Monako» və «Yuventus»u istəyir
«Mançester Yunayted»in vingeri Nani karyerasını «Monako» və ya «Yuventus»da davam etdirməyə maraq göstərir. Portuqaliya yığmasının oyunçusu «Qırmızı şeytanlar»la 2 uğursuz mövsümdən sonra çətin ki, müqaviləsinin uzadılmasını gözləsin. İdman.com.az saytı xəbər verir ki, onun müqaviləsi isə gələn yay bitir.

«Yunayted»in də indi portuqaliyalı ilə bağlı təklifləri nəzərdə keçirmək məcburiyyətindədi. Artıq «Yunayted»in «Qalatasaray»ın təklifini rədd etdiyi məlumdu. Nani öz dostlarına karyerasını İtaliya və ya Fransada davam etdirməyə üstünlük verdiyini söyləyib.

«Yuventus» və «Monako» artıq futbolçunun nümayəndələri ilə əlaqə qurublar. Komandalar artıq öz konkret təkliflərini etməyə hazırlaşırlar. «Yunayted» portuqaliyalını təxminin 8 milyon funt həcmində dəyərləndirir.

Xəbər 963 dəfə oxundu.