Qurtuluş Gününə həsr olunmuş velosiped yarışı
Sabah saat 10:00 - da Qurtuluş Gününə həsr olunan həvəskarlar arasında velosiped yarışı təşkil olunacaq. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkil etdiyi bu yarış yeni istifadəyə verilmiş “Velopark”da olacaq. Turnirdə 7-12 yaş arası oğlan və qızlar da qüvvələrini sınayacaqlar. Sonda isə qrup şəklində bayk və şosse yarışları keçiriləcək.

Xəbər 1033 dəfə oxundu.