"Zenit" təklifi qəbul etmədi
"Monako" klubu "Zenit"in və Braziliya millisinin üzvü Halkı heyətinə qatmaq istəyir. "Knyazlıq klubu" braziliyalı hücumçuya ildə 8 milyon avro ödəməyə razıdı. Halk "Monako"nun bu təklifini qəbul edib. Lakin futbolçunun müqavilə ilə məxsus olduğun "Zenit" transferin reallaşmasına qarşıdı. Halkın Sankt-Peterburq klubu ilə sözləşməsi 2017-ci ilə kimidir və "Zenit" sözləşmənin sonuna kimi futbolçunu buraxmaq fikrində deyil.

Qeyd edək ki, "Portu"dan "Zenit"ə 60 milyon avroya transfer olunan Halk sön mövsümdə Rusiya Premyer Liqasında meydana çıxdığı 18 oyunda 7 qol vurub və 2 dəfə məhsuldar ötürmə müəllifi olub.

Xəbər 799 dəfə oxundu.