Ruslan Abışovun ilk rəqibi «Kuban» oldu
Rusiya Premyer Liqasında yeni mövsümün təqvimi müəyyənləşib. Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun heyətində yer aldığı «Rubin» klubu 2013/14 mövsümündə ilk oyununu «Kuban»a qarşı keçirəcək.

Kazan təmsilçisi mövsümə «Terek»ə qarşı keçirəcəyi ev oyunu ilə yekun vuracaq.

Qeyd edək ki, Rusiya çempionatında yeni mövsümə iyulun 13-də start veriləcək. Həmin gün Super Kubok uğrunda oyunda ÇSKA ilə «Zenit» qarşılaşacaq.

Xəbər 901 dəfə oxundu.