Bruklin komandasına baş məşqçi təyin olunub
Ceyson Kidd Bruklin komandasının baş məşqçi təyin olunub.

İdman.com.az saytının məlumatına görə, 40 yaşlı mütəxəssis bu yay karyerasını başa vurub və oyunçu kimi 7 il Netsin heyətində çıxış edib. Kidd 1991-ci ildən bu yana baş məşqçi təyin edilən ilk basketbolçudur.

Qeyd edək ki, 19 illik karyerası ərzində Kidd bir dəfə NBA çempionu olub. 2 dəfə isə ABŞ yığmasıyla Olimpiya çempionu olub. O, NBA tarixində ötürmə və toplamalara görə 2-ci yerdədir. 40 yaşlı müdafiəçi 10 dəfə ulduzlar görüşündə iştirak edib.

Xəbər 885 dəfə oxundu.