Kerroll rəsmən “Vest Hem”in futbolçusu olur
“Liverpul”un hücumçusu Endi Kerroll gələn həftə rəsmən “Vest Hem”in futbolçusu olacaq.

İdman.com.az saytı xəbər verir ki, onun transferi London klubuna 15,5 milyon funta başa gələcək. Artıq klublar bununla bağlı razılığa da gəliblər. Məlumatı “Vest Hem”in sahibi Devid Qold da təsdiqləyib.

Qeyd edək ki, Kerroll “çəkicdöyənlər”lə 4 illik müqavilə imzalayacaq. Onun həftəlik maaşı isə 78 min funt sterlinq təşkil edəcək.

Xəbər 932 dəfə oxundu.