İsla "İnter"ə keçə bilər
Yuventusun 25 yaşlı yarımmüdafiəçisi Maurisio İsla "İnter"ə keçməyə yaxındır.

İdman.com.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan klubu oyunçunun hüquqlarının yarısını almaq niyyətindədirlər.

Xatırladaq ki, İsla 2012-ci ildə "Udineze"dən "Yuventus"a keçib. Çili yığmasının futbolçusu diz bağlarından aldığı zədə səbəbilə ötən mövsüm yalnız 20 oyunda meydana çıxıb.

Xəbər 822 dəfə oxundu.