Aslan Kərimov yayılan xəbərləri təkzib etdi
"Kim deyir ki, mən Foqtsun köməklçisi təyin olunmuşam? Bu, düzgün informasiya deyil. Sadəcə, son toplanışda ona kömək elədim. Çünki müəyyən işlərlə bağlı Nazim Süleymanov bu toplanışa qatılmamışdı. Mən də həmin ərəfədə Bolqasrıstanda idim. Elə oldu ki, mənə Bolqarıstandan birbaşa Qətərə getməyi xahiş etdilər. Qətər və Lüksemburq toplanışları eyni olduğundan Lüksemburqla oyunda da əsas milli ilə bir yerdə oldum. Həmin oyundan sonra isə U-16-dakı işimin başına qayıtdım". -deyərək millimizin sabiq üzvü Aslan Kərimov yayılan xəbərləri təkzib edib.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan U-16 millisinin baş məşqçisi Aslan Kərimovun əsas milli komandanın baş məşqçisi Berti Foqtsun köməkçisi təyin olunması ilə bağlı yayılan xəbərlər yayılmışdı.

Xəbər 711 dəfə oxundu.