Ağcabədidə rayon birinciliyi keçirilib
10-14 iyun tarixlərində Ağcabədi rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş voleybol üzrə gənclər arasında rayon birinciliyi keçirilib.

Şəhər 12 saylı tam orta məktəbin idman zalında 144 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Milli Qurtuluş gününün qeyd olunması və voleybol idman növünün inkişaf etdirilməsi olub.

Sonda birinciyə 12saylı, ikinciyə 11, üçüncü yerə Cəfərbəyli kənd tam orta məktəbin komandası layiq görülüblər.

Xəbər 778 dəfə oxundu.