Salyanda rayon birinciliyi keçirilib
İyunun 13-də Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Uluxanlı kənd məktəbinin idman zalında 15 iyun Milli Qurtuluş günü münasibətilə cüdo üzrə yeniyetmə və gənc idmançılar arasında rayon birinciliyi keçirilib.

15 çəki dərəcəsində 65 nəfər yeniyetmə və gənc idmançıların iştirakı ilə keçirilən yarışın məqsədi, rayonda cüdo idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək və əlamətdar günləri qeyd etmək olub.

Sonda qaliblər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar

Xəbər 1052 dəfə oxundu.