"Bakı"nın yeni baş məşqçisi kim olacaq?
Paytaxtın "Bakı" klubunu yeni mövsümdən böyük ehtimalla Milinko Pantiç çalışdıracaq.

Bu barədə xəbəri İspaniya mətbuatı yayıb.

Son olaraq "Atletiko B" klubunu çalışdıran serbiyalı mütəxəssislə bir sıra klublar yaxından maraqlanırdı. Bu komandalar sırasında "Las Palmas", "Mursiya", "Almeriya", "Valyadolid" və AEK kimi klublar var idi. Lakin təcrübəli mütəxəssis sonda "Bakı"nı seçib. Bu seçimdə "Bakı" və "Atletiko" (Madrid) klubları arasındakı mövcud əməkdaşlıq da mühüm rol oynayıb.

Qeyd edək ki, Pantiçlə bir illik müqavilə imzalamağı nəzərdə tutan "Bakı" klubu yaxın günlərdə yeni baş məşqçisini ictimaiyyətə təqdim edəcək.

Xəbər 854 dəfə oxundu.