Rosell: "Messinin günahsız olduğuna inanıram"
"Barselona"nın prezidenti Sandro Rosell futbolçusu Lionel Messinin 2007, 2008 və 2009-cu illərdə 4 milyon avro dəyərində vergi ödəməkdən yayındığı üçün məhkəməyə verilməsini şərh edib.

Klub sahibi keçirdiyi mətbuat konfransında argentinalı hücumçunun günahsız olduğuna inandığını bildirib:

“Messi və ailəsi ilə görüşdüm. Çox sakitdilər. Onun günahsız olduğuna inanıram. Biz tamamilə onun tərəfindəyik. Həmişə Messiyə dəstək olacağıq".

Xəbər 779 dəfə oxundu.