Kasilyas karyerasını bitirir
İspaniya yığmasının və “Real”ın qapıçısı İker Kasilyas 2014-cü ildə Braziliyadakı Dünya Çempionatından sonra karyerasını bitirmək istəyir. Kasilyas yaşını nəzərə alaraq yığma karyerasına son qoymaq fikrindədi:

“Mən planlaşdırmışam ki, 2014-cü ildə yığmada karyeramı başa vurum. Biz öz yaşımızı başa düşürük. Mən özümü nəzərdə tuturam. Xavi, Xabi Alonso, Puyol, Vilya, Torres və mənimçün 2014-cü il axırıncı turnir olacaq. Və bizim necə uğurla çıxış edəcəyimizi təsəvvür edin”.


Xəbər 792 dəfə oxundu.