A Seriyasında yeni sima
“Malaqa”nın futbolçusu Xuakin Sançes karyerasını İtaliya A seriyasında davam etdirəcək. “Fiorentina” 31 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalayıb.

Müqaviləyə əsasən yarımmüdafiəçi 2016-ci ilə qədər İtaliya təmsilçisinin şərəfini qoruyacaq. Bu transferin “Fiorentina”ya 2 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, Xuakin “Malaqa”da oynadığı iki mövsümdə 9 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 898 dəfə oxundu.