Slovakiya milli komandası başsız qalıb
Slovakiya milli komandası başsız qalıb. Sözügedən ölkənin yığmasını çalışdıran Mixal Qipp və Stanislav Qriqa ilə yollar ayrılıb.

Slovakiya Futbol Assosiasiyasının prezidenti Yan Kovaçik bildirib ki, hər iki mütəxəssis işindən azad olunublar. Buna isə millinin DÇ-2014-ün seçmə mərhələsində uğursuz çıxışı səbəb olub.

Qeyd edək ki, Qipp və Qriqa Slovakiya yığmasına ötən il təyin edilib. Onların rəhbərliyinin altında slovakiyalılar DÇ-2014-ün seçmə mərhələsində 6 oyundan 9 xal toplayıb. Slovakiya Bosniyadan və Herseqovina yığması (16 xal) ilə Yunanıstandan (13 xal) sonra qrupda üçüncü yerdə qərarlaşıb.

Xəbər 726 dəfə oxundu.