“Real”ın növbəti hədəfi
Madridin “Real” klubu “Zenit” də forma geyinən braziliyalı Halkı transfer etmək istəyir. Forvard üçün “kral” klubu ruslara 40 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Əgər bu transferə Sankt-Petersburq təmsilçisi razı olmazsa, o zaman İspaniya nəhəngi Halkı 1 illik icarəyə götürməyə çalışacaq.

Qeyd edək ki, Halk 2012-ci ildə 60 milyon avroya “Zenit”ə transfer olunub.

Xəbər 733 dəfə oxundu.