«Fənərbaxça»nın futbolçusu millimizdə
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 21-dən 23-dək Bakıda, iyunun 23-dən iyulun 1-dək isə Avstriyada təlim-məşq toplanışında olacaq. Artıq toplanışda iştirak edəcək heyət bəllidi.

Baş məşqçi Arif Əsədov 20 futbolçuya dəvət göndərib. Onlardan üçü legionerdi. Belə ki, Əsədov Türkiyənin «Fənərbaxça» klubundan Mirkamil Həşimlini, Rusiyanın «Timiryazevits» komandasından Mikayıl Babayevi və Almaniya «Ayntraxt»ından (Norderstedt) Kənan Səfərovu toplanışa dəvət edib.

Elməddin Məmmədov – AZAL
Şamil Cəmaləddinov – Sumqayıt
Sadiq Quliyev – Qəbələ
Adil Nağıyev – İnter
Bilal Abbaszadə – Qarabağ
Budaq Nəsirov – Turan
Elvin Camalov – Qəbələ
Coşqun Diniyev – İnter
Namiq Ələskərov – Bakı
Tural Rzayev – Qarabağ
Fəhmin Muradbəyli – Neftçi
Ruslan Nəsirli – Sumqayıt
Rğstəm Rğstəmli – Lokomotiv Bakı
Tellur Mğtəllimov – Qəbələ
Elnur Mustafazadə – Qəbələ
Ehtiram Şahverdiyev – Qəbələ
Məmmədzadə Fuad – Qarabağ
Mirkamil Həşimli – Fənərbaxza (Türkiyə)
Mikayıl Babayev – Timiryazevits (Rusiya)
Kənan Səfərov – Ayntraxt (Norderstedt, Almaniya)

Xəbər 771 dəfə oxundu.