“Qalatasaray” Luis Fabianonun heyətinə qatmağa çalışır
“Qalatasaray” Luis Fabianonun heyətinə qatmağa çalışır. İstanbul təmsilçisi artıq bunula bağlı “Sao Paulo”ya təklif göndərib. Bu barədə klubun vitse-prezidenti Joao Paulo de Xesus Lopez “Fox Sports” radiosuna açılamasında bildirib:

“Luis Fabianonun gələcəyi ilə bağlı qərarın verilməsində tələsmirik. O, klub tarixinin ən yaxşı oyunçularındandı. Onu buraxmaq istəmirik. Amma futbolçu və meneceri bizə getmək üçün təzyiq göstərir. “Qalatasaray” və “Olimpiakos”dan təklif gəlib. Hələlik, bu təklifləri dəyərləndiririk”.

Qeyd edək ki, 32 yaşlı braziliyalı “Sao Paulo” forması ilə çıxdığı 14 matçda 8 qol vurub.

Xəbər 761 dəfə oxundu.