Ən yaxşılar mükafatlandırıldı
Topaz Premyer Liqasında aprel və may aylarının ən yaxşı futbolçularının mükafatlandırma mərasimi keçirilib. Apreldə «Qarabağ»ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda, mayda isə «Neftçi»nin çilili hücumçusu Nikolas Kanales ən yaxşı seçilib.

Hər iki futbdolçu kubok və pul mükafatına layiq görülüb. Lakin onlar hazırda istirahətdə olduqlarından mərasimə qatılmayıblar. Tədbirdə klubların məşqçiləri – «Qarabağ»dan Samir Musayev və «Neftçi»dən Kamal Quliyev iştirak edib.

Tədbirdə aprel və mayın ən yaxşı qollarının sahibləri də mükafatlandırılıb. Hər iki ayda «Rəvan»ın yarımmüdafiəçiləri – Tofiq Mikayılovla Ramazan Abbasov seçilib.

Mərasimdə Peşəkar Futbol Liqasından prezident Ramin Musayev, «Topaz»dan Əhmət Sezer iştirak edib.

Xəbər 856 dəfə oxundu.