Meyreleş “Fənərbaxça”da xoşbəxtdi
Adı “Monako” ilə birgə hallanan “Fənərbaxça”lı Raul Meyreleş söz-söhbətlərlə bağlı açıqlama verib. Portuqaliyalı futbolçu “Fənərbaxça”da xoşbəxt olduğunu dilə gətirib:

“Fənərbaxça”da nə qədər xoşbəxt olduğumu deməyə ehtiyac yoxdu. Peşəkar futbolçu olduğumuz üçün sözlərimizə diqqət etməliyik. Ancaq bunu qəti şəkildə bildirmək istəyirəm. Fikrim bu komandada davam etməkdi. Ötən mövsüm Super Liqada çempionluğu qaçırdıq, Avropada finalın biraddımlığına qədər gəldik. “Sarı-lacivərtli” forma ilə böyük uğurlara imza atmaq istəyirəm və bunu edəcəyimə inanıram”.

Xəbər 749 dəfə oxundu.