Raul Meyreleş transfer haqda açıqlama verib
Adı “Monako” ilə bir anılan “Fənərbaxça”lı Raul Meyreleş transfer haqda açıqlama verib.

Portuqaliyalı futbolçu “Fənərbaxça”da xoşbəxt olduğunu dilə gətirib:“Fənərbaxça”da nə qədər xoşbəxt olduğumu deməyə ehtiyac yoxdu. Nəticədə peşəkar futbolçu olduğumuz üçün sözlərimizə diqqət etməliyik. Ancaq bunu qəti şəkildə bildirmək istəyirəm. Fikrim bu komandada davam etməkdi. Ötən mövsüm Super Liqada çempionluğu qaçırdır, Avropada finalın bir addımlığına qədər gəldik. “Sarı-lacivərtli” forma ilə böyük uğurlara imza atmaq istəyirəm və bunu edəcəyimə inanıram”.

Xəbər 916 dəfə oxundu.