İbrahimoviç komandanı tərk etməyəcək
PSJ-nin forvardı Zlatan İbrahimoviç komandanı tərk etməyəcək.

Bu barədə ictimaiyyətə İsveç millisinin üzvünün agenti Mino Rayola məlumat verib. Onun sözlərinə görə, Zlatan bir neçə yerdən yaxşı transfer təklifləri gəlsə də, Paris təmsilçisindən getməyi düşünmür.

Qeyd edək ki, Mino Rayola mövzu ilə bağlı daha sonra deyib: "İbrahimoviç yenə PSJ-də qalacaq. O, heç bir yerə getmir. Düzdür, ona bir neçə yerdən yaxşı transfer təklifləri gəldi. Lakin Zlatan Paris klubunda qalmağı üstün tutdu."

Xəbər 869 dəfə oxundu.