Nikolas yeni müqavilə imzalamadı
“Neftçi” Nikolas Kanaleslə yeni müqavilə imzalamayıb. Buna səbəb çilili forvardın çempiona rədd cavabı verməsi olub. Onlar maliyyə tərəflərində razılığa gələ bilməyiblər. Belə ki, 27 yaşlı futbolçu “Neftçi”nin təklif etdiyi illik maaşla razı olmayıb və pulunun artırılmasını istəyib. Ancaq “ağ-qaralar” onun istədiyi pulu verə bilməyəcəklərini bildiriblər.

Xəbər 813 dəfə oxundu.