Futbol tarixində görünməmiş hadisə
Almaniyada keçirilən həvəskar liqada futbol tarixində görünməmiş hadisə baş verib.

"BSV Hürtürkel" - "Klub İtaliya" matçında meydan sahiblərinin türk futbolçusu Səfa Şəntürk rəqib qapısına 16 qol vurub. İlk hissədə yeddi, ikinci hissədə isə 9 dəfə fərqlənən Səfa qollarınının sayını 34-ə çatdıraraq bombardirlər siyahısına başçılıq edib.

Qeyd edək ki, oyun 16:1 hesabı ilə başa çatıb

Xəbər 955 dəfə oxundu.