Şağanda paytaxt birinciliyi keçirilir
Mayın 27-dən 29-dək Şağan Olimpiya İdman Kompleksində 1995-96-cı il təvəllüdlü yeniyetmələr arasında sambo üzrə Bakı şəhər açıq birinciliyi keçiriləcək. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi yarış Sabir Hüseynovun şərəfinə həsr olunub.
Baş idarədən verilən məlumata görə, birinciliyin keçirilməsində məqsəd paytaxtda bu idman növünü təbliğ və inkişaf etdirmək, ən güclü samboçuları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, respublika yarışlarına namizədləri müəyyənləşdirmək, Bakı şəhərindəki idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, gəncləri sambo ilə müntəzəm məşgul olmağa cəlb etmək, idmançıların ustalıq səviyyəsini artırmaq, Sabir Hüseynovun şərəfli idman yolunun gənclər arasında təbliğ olunmasından ibarətdir.

Xəbər 1353 dəfə oxundu.