Suares "Real"da oynamaq istəyir
PSG klubunun baş məşqçisi Karlo Ançelotti Real Madrid rəhbərliyindən Qonzalo İquaini satmaqda tələsməməyi xahiş edib.

İdman.com.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, İtalyan mütəxəssis "Real"a baş məşqçi təyin olunmağa hazırlaşır. Hazırda klub onunla transferlərlə bağlı məsləhətləşmələr aparır. Ançelotti Luis Suaresin transferinə qədər İquainin saxlanılmasını istəyib.

Xatırladaq ki, Suares "Real"da oynamaq istəyini dilə gətirib.

Xəbər 901 dəfə oxundu.