Zanetti “İnter”dən getməyəcək
“İnter”in kapitanı Xavyer Zanetti növbəti mövsümdə Milan təmsilçisində çıxış edəcək. Argentinalı futbolçu ilə daha bir illik müqavilə imzalanıb.

Bundan məmnunluq hissi keçirən futbolçu mətbuata bunları deyib: “İlk öncə komandaya mənə güvəndiyi üçün təşəkkürümü bildirirəm. Biz zədəmlə bağlı danışmadıq və qərara aldıq ki, daha bir mövsüm “İnter”in şərəfini qoruyum. İnanıram ki, klubun etimadığını doğruldacam”.
Qeyd edək ki, Zanetti 18 ildi ki, “İnter”in şərəfini qoruyur və 600-dan çox oyunda forma geyinib.

Xəbər 863 dəfə oxundu.