Messi: "Bu, bizim üçün sürpriz oldu"
"Barselona"nın futbolçusu Lionel Messi barəsində vergidən yayındığı ilə bağlı yayılan xəbərlərə müqasibət bildirib.

Argentinalı hücumçu özünün rəsmi "facebook" səhifəsindən yazılan iddiaları yalanlayıb:

"Bizim üçün sürpriz oldu. Çünki heç vaxt qanunsuz hərəkət etməmişik. Vergi öhdəliklərimizi hər zaman yerinə yetimişik. Hazırda bu işi aydınlaşdırmaq üçün hüquqi şəxslərimiz məşğul olur".

Qeyd edək ki, Messinin günahkar bilinəcəyi təqdirdə 6 illik həbs cəzası alacağı iddia edilir.

Xəbər 783 dəfə oxundu.