"Roma"nın yeni baş məşqçisi bəlli oldu
İtaliyanın "Roma" klubunun yeni baş məşqçisi rəsmən müəyyənləşib.

"Lill"in çalışdırıcısı Rudi Qarsiya ilə iki illik müqavilə imzalanıb.

Artıq 49 yaşlı mütəxəssisin illik gəliri də açıqlanıb. Belə ki, R.Qarsiya "Roma"da ilinə 1 milyon yarım avro qazanacaq.

Qeyd edək ki, Qarsiya 2010/2011-ci mövsümündə "Lill"ə ölkə çempionluğunu yaşadıb.

Xəbər 779 dəfə oxundu.