Aysal Nanini istəmir
«Qalatasaray»ın transfer gündəmində adı hallanan «Mançester Yunayted»in portuqaliyalı oyunçusu Nani İstanbul klubundan kimsəylə görüşmədiyini söyləyib. İdman.com.az saytı xəbər verir ki, gələcəyi ilə bağlı hələ dəqiq bir qərar vermədiyini deyən Nani, bir neçə gün içərisində qərarını verəcəyini və bir həftə içində qərarının nə istiqamətdə olduğunu hər kəsin öyrənəcəyini bildirib.

Bir çox klub tərəfindən bəyənilməyin və istənilmənin gözəl bir duyğu olduğunu vurğulayan Nani deyib: «Təqdir edilmək çox gözəldi. Ancaq bu anda gələcəyimi düşünmək üçün bir neçə günə ehtiyacım var».

«Mançester Yunated»li futbolçu son olaraq «Qalatasaray»dan heç bir səlahiyyətli şəxslə görüşmədiyini sözlərinə əlavə edib. «Qalatasaray»ın prezidenti Ünal Aysal da Naninin transferi mövzusunda hər hansı bir cəhd etmədiklərini və bu futbolçunun gündəmlərinə olmadığını söyləyib:

«Naninin transferi mövzusunda bu mərhələdə hər hansı bir addım yoxdur. Transferlər üçün həssas və ciddi çalışırıq. Bizim iki ildir ki, yaradılmış yeni və gözəl bir komandamız var. Burada bir-iki əskiyimiz varsa, bunları aradan qaldırmağa çalışırıq. Buna da çox diqqətli yanaşırıq. Ehtiyacımız olmayan yerlərə oyunçu almaq niyyətində deyilik».

Lazım gələrsə portuqaliyalı futbolçunu transfer etməyi düşünüb-düşünmədikləri ilə bağlı sualın cavabında Aysal deyib: «Bunu istəsəniz sonra danışaq. Mənim prioritetlərim arasında o yoxdu. Ancaq heç bir şeyə qətiyyətlə olmaz deməmək lazımdı. Hal-hazırda mənim masamda önümə gəlmiş belə bir təklif yoxdur».

Xəbər 952 dəfə oxundu.