Karlinyos «Qalatasaray»ı bəyənmədi
Aurelien Şecu və Erman Kılıçla gücləndirən «Qalatasaray»ın uzun müddətdir izində olduğu Karlinyosdan şok açıqlama gəlib. İdman.com.az saytı xəbər verir ki, braziliyalı futbolçu komandası «Fluminense»den ayrılmağı düşünmədiyini söyləyib.

Müdafiə xəttini Karlinyosla gücləndirmək istəyən «Qalatasaray» rəhbərliyi braziliyalı oyunçunu cəlb etmək üçün bütün imkanlarını səfərbər edib. Ancaq «Fluminense» ilə bazarlıqlarını davam etdirən və müəyyən bir nöqtəyə gətirməyi bacaran «Qalatasaray», braziliyalı futbolçudan gələn açıqlama ilə şok oldu.

Ölkə çempionatında «Fluminense»nin Koritiba»ya 1:2 məğlub olduğu matçdan sonra «Sport Tv Globo»ya danışan Karlinyos komandasında xoşbəxt olduğunu və ayrılmağı düşünmədiyini söyləyib. Karlinyos deyib:

«Qalatasaray»dan və Rusiyadan təkliflər aldım. Fatih Terimin məni çox istədiyini bilirəm. Amma «Fluminense»de çox xoşbəxtəm. Əsas hədəfim burada qalmaqdır».

Fanatlarına da mesaj göndərən Karlinyos «Fluminense»liler rahat olsun. Komandayla 2014-ə qədər müqaviləm var və «Fluminense»nin uğuru üçün çalışıram» deyib.

Xəbər 921 dəfə oxundu.