Əziz Yıldırım Luçeskonu istəyir
“Fənərbaxça”ın prezidenti Əziz Yıldırım “Şaxtyor”un baş məşqçisi Mirça Luçeskonu komandaya gətirmək üçün çalışır. Artıq Yıldırım bu məqsədlə Ukraynaya yola düşüb.

Luçeskonun “Şaxtyor”la 2015-ci ilə qədər müqaviləsi olmasına baxmayaraq, İstanbul təmsilçisinin prezidenti rumıniyalı mütəxəssislə şəxsən görüşəcəyini bildirib:

“Mən Luçesko ilə şəxsən görüşmək üçün Ukraynaya gedirəm. “Şaxtyor”un sahibi Rinat Əhmədovdan Luçeskonun “Fənərbaxça”nın baş məşqçi postuna gətirilməsinə icazə verməsini xahiş edəcəyəm”

Xəbər 806 dəfə oxundu.